t s

» » Yevlaxda Raqub müəllimin “üçbucaq” oyunları

Yevlaxda Raqub müəllimin “üçbucaq” oyunları

24-07-2015, 02:17 Yazar:  Gülnar Baxılıb: 419 Çap et
Yevlaxda Raqub müəllimin “üçbucaq” oyunlarıUzun illərdir ki, rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq girdabına sürükləyən cənab Raqub müəllimi, yaxın vaxtlarda nələr gözləyə bilər?

Mirzəyev soyadı ilə tanınan və Yevlax şəhər təhsil şöbəsinə rəhbərlik edən Raqub Mirzəyevin adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s görə tanıyıb, hüsnü-rəğbətini bəsləsinlər. Amma, Mirzəyev soyadı ilə tanınan Yevlax şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyan Raqub Mirzəyevin adı çəkiləndə isə, hər kəs onu təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər.

Belə bir yanaşma nədən, hansı səbəblərdən qaynaqlanır, niyə təhsil şöbəsinin şefinə qarşı belə bir ictimai münasibət formalaşır? Ümumiyyətlə, belə bir sualların əmələ gəlməsinə səbəb nədir, yaxud da nələrdir? Odur ki, bütün bunlar haqda lazımi məlumatları əldə etmək üçün, heç də vaxt itirməyə dəyməz. Sadəcə olaraq, şəhərin bir neçə təhsil ocaqlarına baş çəkmək kifayət edər ki, cənab Raqub müəllimi nədən təhsilimizin qənimi hesab edirlər, yanaşmasına aydınlıq gətirə bilək. Çünki, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, R.Mirzəyev neçə illərdir ki, daşıdığı vəzifəsinə sahib olub və ötən müddət ərzində o, Yevlaxda təhsilimizə elə bir zərbələr vurub ki, həmin zərbələrin izini hələ uzun müddət silmək mümkün olmayacaq.

Raqub müəllimin həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirir ki, o, hər il dərs günü başlamazdan əvvəl, məktəb direktorlarının iştirakı ilə “məşvərəti-məclis” keçirir və onlara lazımi tapşırıqlarını da verir. Keçirilən görüşlərdə təhsilə dair bir sıra məsələlər müzakirəyə çıxarılsa da, əsas müzakirə mövzusu şöbə müdirinin maraqlarının təmin olunmasına yönəldilir. Və belə bir halın varlığı da, çox keçmir ki, müəyyən söz-söhbətlərin əmələ gəlməsi ilə nəticələnir.

Bundan əlavə, rayonun təhsil ocaqlarında direktor vəzifəsini daşıyanların tam əksəriyyəti, Raqub müəllimə bağlı məktəb direktorlarıdırlar. O, belə bir addımlarını atarkən zamanında yüz ölçüb bir də biçib. Yəni, əvvəlcədən götür-qoy edib ki, hər təhsil ocağına rəhbər təyin olunan şəxs, mütləq ona bağlı şəxs olmalıdır. Çünki, müəyyən maxinasiyaları, saysız-hesabsız qanunsuzluq əməllərini və.s ört-basdır etmək üçün, o, zamanında qərarlaşdırdığı addımlarını atıb. Bu gün də nəticə göz önündədir. Məsələn, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, dərs günü başlamazdan əvvəl, Yevlağın təhsil ocaqlarında dərs saatları, rəhbərliyin maraqları çərçivəsində bölünür. Elə ki, dərs gününün başlamasından bir qədər vaxt keçir, bu zaman şəhərin əksər məktəblərində yuxarı sinif şagirdlərinin əksəriyyətini siniflərdə tapmaq mümkün olmur. Çünki, onların valideyinləri əvvəlcədən şöbə müdiri və məktəb direktorları ilə “dil tapa” bilirlər. Və bundan sonra müəyyən “haqq-hesab”ın müqabilində, övladlarının repititor yanına getmələri üçün ümumi razılıq da əldə edirlər. Əldə etdiyimiz məlumatlara görə belə bir razılaşma, hər valideyinə il ərzində orta hesabla min manata başa gəlir. Sözsüz ki, əldə olunan gəlirlər məktəb direktorları ilə şöbə müdiri arasında, əvvəlcədən razılaşdırılmış şərtlər daxilində bölünür.

Yevlax təhsilində yaşanan ab-havanın varlığı onu söyləməyə əsas verir ki, bəli rəhbərliyin yarıtmaz idarəçiliyi, ümumi vəziyyətin belə bir həddə gəlib çatmasına səbəb olan əsas amildir. Diqqəti cəlb edən hal odur ki, şəhər icra hakimiyyətinin başçısı da, əmələ gələn vəziyyət haqda kifayət qədər məlumatlı olmasına baxmayaraq, o da vaxtında qabaqlayıcı addımlarını atmır. Məsələn məlumatlı mənbə bildirir ki, bu il şəhər təhsil şöbəsinin məktəblərində çalışan müəllimlərdən bəziləri, məktəb üzü belə görmədilər. Yəni, dərsə gəlməyən müəllimlərin dərs saatlarını şöbə müdiri məktəb direktorlarına həvalə etdi. Məsələn, belə bir olaylar daha çox şəhərin Düzdağ kənd orta məktəbində baş verdi. Amma əmək haqqı məsələsinə gəlincə isə, rəhbərlik zərrə qədər də güzəştə getmir. Hələ bunlar azmış kimi, Ulu Öndərin 92 illiyi ilə bağlı hər şagirddən şəkillər üçün 2 manat, təmir pulu adı ilə isə 3 manat pulun toplanılması da, artıq R.Mirzəyevin iştahasını cilovlaya bilmədiyini sübut edir. Yəni o, il ərzində əldə etdiyi gəlirlərlə nəfsini cəmləşdirə bilmədiyindən, yaranmış fürsətdən yararlanmağı sanki özünə şərəf bilir. Və belə bir “müdrik” qərarını da verir. Hansı ki, o, şöbə müdiri olaraq Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsi, araşdırılması və.s istiqamətində tapşırıq verməli olduğu halda, məktəbli şagirdlərdən pul toplanması yöndə qərarını açıqlayır. Belə bir addımların atılması da, artıq başqa mətləblərdən xəbər verir.

Artıq dövr dəyişib, zaman yeniləşib. Yəni, sabiq nazirin idarəçiliyi, bu gün yeni təfəkkürə, yeni idarəçilik üslubuna söykənən cənab Mikayil Cabbarovun idarəçiliyi ilə əvəzlənib. Rəhbərliyin dəyişdiyi ilk vaxtlarda, əmələ gələn ab-hava əksəriyyətdə belə bir fikir formalaşdırmışdı ki, Yevlax şəhər təhsil şöbəsində şöbə müdirliyi vəzifəsi, heç də Raqub müəllimə düşərli olmayacaq. Hər kəsdə belə bir cür düşüncə tərzinin formalaşmasına səbəb o idi ki, Azərbaycanın təhsil sistemində sanki qara ləkə hesab olunan Mirzəyev faktorun varlığı, Yevlax şəhərinin təhsilinə yalnız bədbəxtçilik və üzqaraldan əməllərdən başqa nəsə nəsib etməyib.

Sevindirici hal da o oldu ki, cənab M.Cabbarov təyinatının ilk günlərindən müəyyən addımlarını atmağa başladı. Yəni, yerlərdən ünvanlanan şikayətlərin araşdırılması, baş verən qanunsuzluqların aşkara çıxarılması, işinin öhdəsindən gələ bilməyən rəhbər şəxslərin dəqiqləşdirilməsi və.s, onlardan bəzilərinin vəzifələri ilə vidalaşmaları istiqamətində lazımi addımlarını atması, hər kəsə yeni bir ümid verdi. Belə olan halda inanırıq ki, yaxın vaxtlarda “yola salınacaq” vəzifə sahiblərindən biri də, cənab Raqub Mirzəyev olacaq. Həmin günün reallaşacağını tək biz yox, Yevlax şəhər təhsilində əvəzsiz xidməti olanlar da səbirsizliklə gözləyirlər. İnanırıq ki, Raqub müəllimin şöbə müdirliyindən “yola salınması” Yevlax şəhərinin təhsilinə yeni bir nəfəs verəcək. Bu hər kəsin istəyi, həm də zamanın tələbidir.

P.S. Növbəti açıqlamamızda şəhərin Tanırqullar, Qaraoğlan, Malbinəso, Qoyunbinəsi, Xaldan və.s kənd orta məktəblərində yaşanan problemlərdən, əmələ gələn qanunsuzluqlardan ətraflı bəhs edəcəyik. Odur ki, bizi izləməyə unutmayın.

Sadalanan problemlərin varlığı ilə əlaqədar, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:49 Yevlax təhsilində həyacan təbili çalınır Raqub Mirzəyevlə Qoca Səmədovun qurduğu işbirliyi, yəqin ki, Yevlax təhsilini “ağgünə” çıxaracaq Təhsillə bağlı problemlər daim diqqətimizi cəlb etdiyindən, həmişə çalışmışıq ki, əmələ gələn problemlərin varlığını ictimailəşdirək və problemlərin əmələ gəlməsinə səbəbkar olan vəzifə sahiblərinin
16:55 Ağdamın icra başçısının adı yeni qalmaqalda... - Raqub Məmmədovdan kampaniya... "Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov yerli idarə və müəssisə müdirlərindən qanunsuz olaraq pul tələb etməkdədir". Mediaxeberleri.az xəbər verir ki, bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb. Adının çəkilməsini arzulamayan və özünün Ağdamdakı idarələrdən birinin məsul
09:24 Saatlı məktəblərinin diplomsuz müəllimləri Şamil Nurəliyev belə “müəllimlərdən” aldığı pulun miqdarını tək özü bilir. Qəzetimizin ötən saylarında biz təhsil sahəsində ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi kadr problemlərini xüsusi diqqət mərkəzinə çəkməyə çalışmışdıq.
23:54 Kəlbəcər Təhsil Şöbəsinin yeni müdirinin “yeni qanunları” - PROBLEM Ağdam rayon Təhsil Şöbəsinin müdiri postundan Kəlbəcər rayon Təhsil Şöbəsinə “perevod” alan Elmira Şükürova ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub Həmin məlumatda qeyd olunur ki, bir müddət əvvəl Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan Elmira Şükürova məktəb
23:57 Beyləqanda təhsil can üstdədir... - PROBLEM Beyləqan təhsilində saxtakarlıq və özbaşınalıq kütləviləşir. Tia.az-ın ələ etdiyi məlumata görə, rayon təhsilini Tofiq Sadıqov uçuruma sürükləyib. Rayon təhsil şöbəsinin müdiri olan T.Sadıqov məktəblərdən Gül bayramına görə pul yığdırır. Təhsil səviyyəsinin günbəgün aşağı düşdüyü bu rayonda şöbə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az