t s

» » “Ziyarətgahların qarşısında toplaşmaq böyük təhlükədir” - Xəbərdarlıq...

“Ziyarətgahların qarşısında toplaşmaq böyük təhlükədir” - Xəbərdarlıq...

25-08-2020, 14:10 Yazar:  Samir Baxılıb: 970 Çap et
“Ziyarətgahların qarşısında toplaşmaq böyük təhlükədir” - Xəbərdarlıq..."Müqəddəs "Qurani-Kərim" insanları daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirmək isə hər birimizin borcudur".

Mediaxeberleri.az-ın məlumatına görə, bu sözləri ilahiyyatçı Hacı Atif İsmayılov deyib. O bildirib ki, islam ölkələrində xüsusən də İranda, İraqda artıq koronavirus xəstəliyi həddən çox yayıldığına görə, məscidlərdə Məhərrəmlik mərasimləri qadağan edilib:

"İslam ölkələrində insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib. Belə mərasimlərdə onların tənzimlənməsi qeyri-mümkün olduğuna görə, bu xəstəliyin yayılmasına daha çox fürsət və zəmin yarada bilər".

Aşura günündə ehsan paylayan insanların gigiyenik qaydalara riayət etməsinin qeyri-mümkün olduğunu vurğulayan ilahiyyatçı qeyd edib ki, buna görə də, yürüşlərin təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir:

"Dünyada kütləvi tədbirlər qadağan olunub. İran və İraq kimi islam ölkələrində belə, İmam Hüseyn məclisləri məhdud şəkildə və çox kiçik formada keçirilir. Dünyadakı mövcud durumu nəzərə alaraq, dindarlarımız da insanları hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir.

Vətəndaşlara tövsiyəmiz odur ki, ruhanilərimizin sosial şəbəkələr vasitəsilə canlı keçirilən məclislərinə qulaq assınlar. İnanırıq ki, həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan xalqımız öz mütəşəkkiliyi və həmrəyliyi sayəsində hazırkı çətin vəziyyəti geridə qoyacaq".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:12 Gündüz İsmayılov: Sorğu keçirsək, çoxları əsl mömin olduğunu iddia edəcək - MÜSAHİBƏ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılovun Oxu.Az-a müsahibəsi: - Gündüz müəllim, builki Aşura mərasimi necə keçdi? Ümumi ab-hava sizi qane etdimi? - Aşura rahat və sakit keçdi. Ciddi problem yaranmadı. Əksinə, statistika göstərir ki, Aşura ilə bağlı bəzi
22:15 Aşura mərasimində daha bir xoşagəlməzlik – kiçik uşaqları da valideynlər mərasimə “dartır” “Uşaqların, körpələrin dindar valideynləri tərəfindən Aşura mərasimlərinə aparılması yaxşı hal deyil” Valideynlər bəzən uşaqlarla barədə qərar verdikdə bununla bağlı onların fikirlərini öyrənmək istəmirlər. Uşağın könlü oldu-olmadı, onlarla istədikləri kimi davranırlar. Uzağa getməyək, elə
14:55 Orta məktəbdə Aşura tədbiri - Mingəçevir şəhər məktəbi mollaxanaya çevrilib? Maraqlıdır ki, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov bildirib ki, məhərrəmlik ayının gəlişi ilə bağlı məktəbdə din xadimləri ilə görüş keçirilib və bundan Prezident Adminstrasiyasının və Dini Qurumlar İdarəsinin məlumati var. İslam dünyasının bir parçası olan Azərbaycanda
07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
22:54 Ölünün diriyə dərd olduğu Bakıda ehsan qadağasını pozan kimlərdir? 2014-cü ilin ortalarından başlayaraq, yas və toy mərasimlərində israfçılığın qarşısının alınması məqsədi ilə çox ciddi bir kampaniya başladı. Demək olar ki, hər gün ölkə mətbuatında yas və toy mərasimlərində yol verilən israfçılıqlar gündəmə gətirilir, dəbdəbəli mərasimləri təşkil edənlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az