t s

» » Gözəlliyi ilə illərə meydan oxuyan “Çalıquşu”nun həyat yolu

Gözəlliyi ilə illərə meydan oxuyan “Çalıquşu”nun həyat yolu

23-08-2020, 15:35 Yazar:  Samir Baxılıb: 663 Çap et
Gözəlliyi ilə illərə meydan oxuyan “Çalıquşu”nun həyat yoluMəşhur “Çalıquşu” filmində Fəridəni oynayan aktrisa Aydan Şener artıq 10 ildir ki, kinoya çəkilmir. Səbəbini kimsə bilmir, amma ehtimal olunur ki, aktrisa və model yaddaşlarda gənclik illərindəki kimi gözəl qalmaq istəyir.

Hərçənd, onu son illər görənlərin fikrincə, Aydan Şener qətiyyən dəyişməyib, şair demiş, “üzündə gözəllik qaymaqlayıb”.

Aktrisanın əsli-kökü Kazandandır, Türkiyəyə mühacirət ediblər. Aydan Şener 1963-cü ilin martında Türkiyənin Kilis şəhərində dünyaya gəlib. Qızın beş yaşı olanda Bursaya köçüblər. Aydan orta məktəbi orda bitirib. Atası musiqişünas, anası evdar qadın idi. Qızın model olmaq istəyinə valideynləri anlayışla yanaşıb, onun tanınmaq istəyinə qarşı çıxmadılar. Gözəlliyi ilə karyera qurmaq istəyi Aydanı gözəllik müsabiqəsinə aparıb çıxardı. “Türkiyə gözəli” olan Aydan Şener 1981-ci ildə “Dünya gözəli” müsabiqəsinə yollandı. Venesuela gözəlindən geridə qalsa da Aydan bütün dünyada məşhurlaşdı.

Türkiyədə əvvəlcə reklamlarda, sosial çarxlarda, sonra isə filmlərdə çəkilməyə başladı. Onu ulduz edən isə “Çalıquşu” filmi oldu.

Fəridə obrazı üçün ən məşhur aktrisalar sınaq çəkilişinə qəbul olunmuşdu. Aydan Şener seçildiyi rolla 80-ci illərin ulduzuna çevrildi. Qadınlar həsədlə, kişilər sevgiylə (Kamrana həsədlə) bu serialın qəhrəmanını izləyirdilər. Yeddi seriyalı film bütün rekordları geridə qoya bilmişdi.

Bu uğurdan sonra aktrisa çox layihələrdə iştirak etdi, amma heç birində Fəridənin çatdığı zirvəyə ucala bilmədi.

2014-cü ildə onu həmin serialın ardına çəkilmək üçün dəvət ediblər. Aktrisa imtina edib. “Əsəri də, Fəridəni də o sevgidən məhrum edə bilərsiniz” - deyib.

İndi onun 57 yaşı var, amma 32 il əvvəl “Çalıquşu” filminə çəkiləndə olduğu kimi gözəldir - deyirlər.

Aktrisa filmə çəkilmədiyi kimi, kübar həyata da qatılmır. Onu bu qəbilli görüşlərdə, tədbirlərdə görmək mümkün deyil.

90-cı illərin sonunda əri, futbolçu Ayxan Akbindən ayrılıb. Ayrılma səbəbi bilirsiniz nə olub? Futbolçu həyat yoldaşına ad günüdə hicab hədiyyə edib.

Sən demə, ailədaxili dartışma gedirmiş, futbolçu xanımının qapanıb evdə oturmasını istəyirmiş. Aydan isə bunu istəmirmiş.

Cütlüyün bir qızı var. Aydan Şener qızını böyüdür və xeyriyyəçiliklə məşğuldur. Evində xeyriyyə məqsədi ilə 12 it saxlayıb, onlara baxır. Atası və qızı ilə şəhər kənarında malikanədə yaşayan Aydan Şener tez-tez “kosmetoloqa gedirəm və bikinidə şəkil çəkdirməyi, bir də özümü sevirəm” - deyir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az