t s

» » Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib

Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib

15-02-2015, 10:56 Baxılıb: 2763 Çap et
Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib

Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib.

Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, Laçın, Lerik, Masallı, Neftçala rayonlarının sakinlərindən Prezident Adminstrasiyasına daha çox şikayət daxil olur.

PA sözçüsünün məqaləsindən də görünür ki, yerli İcra Hakimiyyətlərinin qüsurlu fəaliyyəti ölkə rəhbərliyinin də narahatlığına səbəb olub və ən yüksək səviyyədə dilə gətirilir.

Ən yaxın günlərdə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vəzifədən azad olunacağı gözlənilir.

Onun Masallıya rəhbərlik etdiyi dövrdə törətdiyi qanunsuz əməlləri Astarada davam etdirməsi, sahibkarlara qarşı süni təzyiqlər etməsi, yalnız öz yaxın adamlarını yüksək vəzifələrə təyin etməsi, sakinlərdən daxil olan şikayətləri ciddiyə almaması və bu səbəbdən Astara sakinlərinin Prezident Admintrasiyasına üz tutmağa məcbur edilməsi, rayonda quruculuq, abadlıq işləri adı ilə dövlət büdcəsini israf etməsi və digər səbəblər onunla bağlı müzakirələri ən yüksək səviyyəyə qaldırıb. Məhz elə bu səbəbdən də Qəzənfər Ağayevin ən qısa zamanda Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifədən azad olunacağı gözlənilir.

Onun ardınca vaxtilə Tərtərə rəhbərlik etmiş Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin və Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin də vəzifədən azad ediləcəyi gözlənilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
13:47 Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
11:15 Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm “Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”. Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir. Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az