t s

» » Məhərrəm ayı başlayıb

Məhərrəm ayı başlayıb

21-08-2020, 08:38 Yazar:  Samir Baxılıb: 1463 Çap et
Məhərrəm ayı başlayıb
Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

“Report” xəbər verir ki, Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür.

Beləliklə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatıb və 1442-ci il daxil olub.

Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası da pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:25 Sabahdan Məhərrəm ayı başlayır - MƏRASİMLƏR... Sabahdan Məhərrəm ayı başlayır. Mediaxeberleri.az xəbər verir ki, Hicri təqvimi ilə Məhərrəm ayı ilin ilk ayıdır. Belə ki, avqustun 21-dən Hicri təqvimi ilə 1442-ci il başlayır. Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev Lent.az -a bildirib ki, məhərrəmin 10-cu günü, yəni aşura
12:37 QMİ Məhərrəm ayının başlanması ilə bağlı fitva verdi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası Məhərrəm ayının başlanması ilə bağlı fitva verib. Fitvada deyilir: "Bismillahir-rəhmanir-rəhim! Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının
09:01 Bu gün Aşura günüdür Bu gün Məhərrəm ayının 10-cu – Aşura günüdür. Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri,
14:55 Orta məktəbdə Aşura tədbiri - Mingəçevir şəhər məktəbi mollaxanaya çevrilib? Maraqlıdır ki, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov bildirib ki, məhərrəmlik ayının gəlişi ilə bağlı məktəbdə din xadimləri ilə görüş keçirilib və bundan Prezident Adminstrasiyasının və Dini Qurumlar İdarəsinin məlumati var. İslam dünyasının bir parçası olan Azərbaycanda
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az