t s

» » Sabahdan Məhərrəm ayı başlayır - MƏRASİMLƏR...

Sabahdan Məhərrəm ayı başlayır - MƏRASİMLƏR...

20-08-2020, 12:25 Yazar:  Samir Baxılıb: 1461 Çap et
Sabahdan Məhərrəm ayı başlayır - MƏRASİMLƏR...Sabahdan Məhərrəm ayı başlayır.

Mediaxeberleri.az xəbər verir ki, Hicri təqvimi ilə Məhərrəm ayı ilin ilk ayıdır. Belə ki, avqustun 21-dən Hicri təqvimi ilə 1442-ci il başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev Lent.az -a bildirib ki, məhərrəmin 10-cu günü, yəni aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür: “Müsəlmanların böyük önəm verdiyi aşura günü, yəni məhərrəm ayının 10-u miladi tarixi ilə avqustun 30-na, ərbəin (hadisələrin 40-cı günü) günü isə oktyabrın 8-nə təsadüf edir.

Sentyabrın 18-də Məhərrəm ayı başa çatacaq və səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 17-də başa çatacaq”.

S.Quliyev onu da qeyd edib ki, mövcud vəziyyətlə bağlı bu il digər illərdən fərqli olaraq “İmam Hüseyn (ə) təziyəsi” mərasimləri məscidlərdə baş tutmayacaq: “Xalqımızın mənəviyyatına hopmuş ənənəni bu il virtual olaraq yaşada bilərik. Sosial şəbəkələrə çıxışı olan din xadimləri daha da aktiv olmalı, xütbə və moizələri gündəlik olaraq İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə xalqa çatdırmalıdır. Klassiklərimizin Əhli-Beyt (ə) barəsində qələmə aldıqları mərsiyələrdən istifadə etməklə hər bir xütbənin sonunda Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi unutmamalıyıq”.

QMİ əməkdaşı vurğulayıb ki, hicri 61-ci ildən etibarən bu ayın onuncu günü – “Aşura” yaddaşlara tarixi ədalətsizliklə mübarizə və hüzn günü kimi daxil olub. “Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb”- S.Quliyev bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:37 QMİ Məhərrəm ayının başlanması ilə bağlı fitva verdi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası Məhərrəm ayının başlanması ilə bağlı fitva verib. Fitvada deyilir: "Bismillahir-rəhmanir-rəhim! Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
09:01 Bu gün Aşura günüdür Bu gün Məhərrəm ayının 10-cu – Aşura günüdür. Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri,
21:51 İslamın gizli qalmış həqiqətləri: Peyğəmbərin qızını kim öldürdü ? Tarixi təhlillər : Nifaq salmaq üçün İslamın ən həssas yeri olan Payğəmbərin qızı haqda rəvayətlər meydana gətirilmişdir. Təbərsi, İbn Quteybə və bir neçə tarixçi, ənənəvi və o dövrün hakim dairələrinin təsir dairəsində olan tarixçilərdən, məsələn, Təbəridən, İbn Əsirdən və.s. fərqli olaraq
21:39 İslamda Ramazan orucu vacib olmamişdan əvvəl bu ayın ilk on günlüyü oruc tutulurdu - Tural Irfan İslam təqvimi olan Hicri-Qəməri tarixinin 1438 - ci il, Muhərramul- Həram ayının 1-i , 2016-cı ilin oktyabr ayının 1 nə uyğun gəlir. İslam dinində 4 haram ay vardır. Bu aylarda savaşmaq və qan tökmək haram edilib. Həmin aylardan birincisi Muhərram ayıdır. Bu ay əzəldən bəri əlamətdar hadisələrin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az