t s

» » “Pulumu götürmədi, dedi, sayəndə başa düşdüm ki...”

“Pulumu götürmədi, dedi, sayəndə başa düşdüm ki...”

14-08-2020, 14:11 Yazar:  Samir Baxılıb: 1068 Çap et
“Pulumu götürmədi, dedi, sayəndə başa düşdüm ki...”“Cəmiyyətin içindən seçilmiş obrazlar ilk dövrlərdə düşünülmüş bir şey deyildi. Amma son dövrlərdə get-gedə düşünülmüş bir şeyə çevrildi”.
Bu sözləri “aktyor, yutuber Taleh Yüzbeyov “MediaPost TV”nin “Podkast” layihəsinin qonağı olarkən deyib. “Cəmiyyətin içindən” mövzusunda danışan aktyor uğurunun səbəbini obrazların cəmiyyətin içindən seçilməsi ilə əlaqələndirib:
“İlk videoları çəkəndə istəmədən alınırdı ki, hamı öz dostunu, qonşusunu, yaxın adamını görürdü. Amma zamanla kinoya doğru getməyə başlayanda başa düşdüm ki, bizim filmlərimizdə, seriallarımızda çatışmayan əsas məqamlardan biri də məhz cəmiyyət imiş. Yəni biz özümüzü filmlərdəki personajlarla eyniləşdirə bilmirik. İnsanlar baxır ki, realda belə adam ola bilər, amma bu mən deyiləm, belə adam tanımıram. Daha çox türk “holdinq” seriallarından və ya rus seriallarından və s. kim haradan bəhrələnir bilmirəm. Təkcə mənim yox, bir çox yutuberlərin uğuru onda idi ki, baxan deyirdi ki, bu adamı tanıyıram. Mənsur Şərif, Hüseyn Əzizoğlu və Əlixan Rəcəbovda özümüzəməxsusluq var idi deyə, qəbul olundu. Məndə də istəmədən alındı. Maksimum çalışdım ki, heç kəsə oxşayamayan personajlar və əhvalatlar olsun”.
Yutuber “Zəhər tuluğu”nun davamlı bir layihə kimi planlaşdırılmadığını bildirib. Onun sözlərinə görə, tamaşaçı marağının çox olmasından dolayı sözügedən obrazın filmini çəkməyə qərar verib: “Zəhər tuluğu” ilkin olaraq neqativdən yaranmış bir personajdır. Birinci seriyasını yazanda bilmirdim ki, ikinci seriyasında nə baş verəcək. Sadəcə belə başa düşdük ki, bu, yarımçıq əhvalatdır. Reaksiyalardan sonra ikincini fikirləşdim. Onda da bilmirdim ki, üçüncü bölümdə nə baş verəcək. Amma ikinci seriyanı yazanda 4-ün necə bitəcəyini bilirdim. Daha sonra ötən ilin avqustunda “Zəhər tuluğu” filmini çəkməyə qərar verdik. Artıq ssenari də hazırdır.
İyulda çəkilişlərə başlamaq istəyirdik, amma karantinə görə alınmadı. Dekabrda “Zəhər tuluğu” filmini kinoteatrlara çıxarmaq istəyirik”.
Aktyor “Zəhər tuluğu”nun cəmiyyətdə doğurduğu reaksiyalara nümunə də çəkib: "Mən seks işçiləri ilə bağlı cəmiyyətdə olan şablonları ssenariləşdirdim. Bir dəfə taksiyə minmişdim. Sürücü 22-23 yaşlarında olardı. Düşəndə pul versəm də, götürmədi. Səbəbini soruşanda dedi ki, sən mənə çox şey öyrətmisən. Soruşdum ki, mən sənə nə öyrədə bilərəm? Deyir, mən başa düşdüm ki, insan fahişə olsa belə, onu alçaltmaq olmaz”.
T.Yüzbəyov növbəti layihəsinin yeni personajından da söz açıb: “İndi yeni superqəhrəman personajı barədə fikirləşirəm. 2012-ci ildə həmin personajı “superqaqaş” adı ilə canlandırmışdım. Ümumiyyətlə, istəyirdim belə bir personajım olsun, amma tapmırdım ki, onun əhvalatı, dili necə olmalıdır. Artıq serialın 2-3 seriyasını yazmışam. Onu 10 seriya olmaqla həftədə bir dəfə yayımlamağı düşünürəm. Həm çəkiliş, həm geyim baxımından çox çətindir. Bahalı bir layihə olduğuna görə hələlik qalıb. Amma bir yol tapıb həyata keçirəcəyəm. Yaxın gələcəkdə ilk bu olacaq. Ondan sonra beynimdə başqa bir personaj da var. Amma o hələlik sürpriz qalacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az