t s

» » Millimiz Türkiyəyə qalib gəldi

Millimiz Türkiyəyə qalib gəldi

11-08-2020, 08:27 Yazar:  Samir Baxılıb: 452 Çap et
Millimiz Türkiyəyə qalib gəldi
Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında təşkil edilən internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışın üçüncü - son günündə daha 2 turun oyunları baş tutub. Əvvəlki partiyalarda üstünlüyü ələ alan Azərbaycan şahmatçıları daha iki turu qələbə ilə sona çatdırıb.

V turda Azərbaycan komandası 4.5:1.5 hesablı qələbə qazanıb. Günay Məmmədzadə,Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov,Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçəyə razılaşıb. VI turda onlar 5:1 hesablı qələbəyə sevinib. Rauf Məmmədov, Gülnar Məmmədova,Vüqar Əsədli, Xanım Balacayeva rəqiblərini məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə oynayıb.

6 turun yekunu nəticəsində Azərbaycan millisi Türkiyə komandasına 26:10 hesabı ilə qalib gəliblər.

Sonda təşkilatçılar Azərbaycan - Türkiyə milli komandaları arasında dostluq görüşünün iki qardaş ölkənin federasiyalarının əməkdaşlığında yeni inkişaf mərhələsinə səbəb olacağını vurğulayıb. Beynəlxalq Şahmat Federasiyasının keçirdiyi onlayn Şahmat Olimpiadasında hər iki komandaya uğurlar arzulanıb.

Qeyd edək ki, dostluq görüşü bu Olimpiadaya hazırlıq xarakteri daşıyıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:09 Şahmatçılarımız Avropa Kubokundan yeddi medalla qayıdır: Məmmədyarovlar əlidolu gəlir Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kuboku başa çatıb. Kişi və qadınların yarışa biləcəyi Açıq turnirdə “Vüqar Həşimov” klubu Nicat Abbasovun çıxış etdiyi “Rayka Rapid”ini 5:1 hesabı ilə məğlub edib. Birinci lövhədə Azərbaycan dueli yaşanıb. Nicat Abbasov
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az