t s

» » Kino işçilərini onlayn təbrik etdilər

Kino işçilərini onlayn təbrik etdilər

2-08-2020, 20:09 Yazar:  Samir Baxılıb: 160 Çap et
Kino işçilərini onlayn təbrik etdilərBu gün Azərbaycanda Milli Kino Günüdür.

Mediaxeberleri.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bunla bağlı çarx hazırlayıb və kino işçilərini onlayn olaraq təbrik edib.

Xalq yazıçısı Çingiz Abdullayev bu günü daha yaxşı şəraitdə qeyd etməyi arzulayıb:

“Bu illər ərzində nə qədər insan itirmişik, onları yadıma salıram. 80-ci illərdən başlayaraq bizim rejissorlarımız, operatorlarımız, hamısı bu hadisələri çəkirdilər. Onlar olmasaydı, bəlkə də biz çoxunu bilməzdik”.

Kinorejissor Ayaz Salayev 40 ildən artıqdır kino sahəsində olduğunu diqqətə çatdırıb:

“Amma bu gün keçmiş haqqında düşünmürəm. Kinomuzun gələcəyi - Müstəqil ölkənin müstəqil kinematoqrafiyasının yaranması haqqında fikirləşirəm”.

Aktrisa Günəş Mehdizadə kino sahəsində olduğuna görə özünü xoşbəxt hiss etdiyini bildirib.

Əməkdar artist Tahir İmanov isə “Belə bir deyim var – “İncəsənət heç cür siyasətlə bağlı deyil”. Bu fikirlər qəti razı deyiləm. Kino incəsənətin digər sahələri kimi dövlət siyasəti ilə sıx təmasda olub və ölkəmizi müxtəlif dövrlərdə layiqincə təmsil edib, edir və edəcək” deyə söyləyib.

Xalq artisti Ramiz Fətəliyev isə fikirlərini bu sözlərlə bölüşüb:

“Öz payıma deyirəm kino çox qəribə sənətdir, qəribə bir peşədir. İnsanı sanki əsir götürür. Özü də ömürlük...”.

Xalq artisti Fəxrəddin Manafov “Kino… Kino haqqında düşünmürdüm, idman, futbolçu olmaq arzusunda idim. Futbolda uğurlarım da var idi, amma bir gün, bir anda fəlsəfəm dəyişdi, kino gəldi… Ki-No!” deyə, bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az