t s

» » İcra başçısı ittihamlara cavab verdi: “50 hektar sahəni icarəyə verib...”

İcra başçısı ittihamlara cavab verdi: “50 hektar sahəni icarəyə verib...”

2-08-2020, 20:04 Yazar:  Samir Baxılıb: 162 Çap et
İcra başçısı ittihamlara cavab verdi: “50 hektar sahəni icarəyə verib...”Tərtər rayon İcra Hakimiyyəti rayon sakini Nazdı Mehdiyevanın icra başçısı haqda səsləndirdiyi ittihamlara cavab verib. Bildirək ki, adıçəkilən sakin Meydan TV-yə müsahibəsində rayon rəhbərliyinə qarşı bir sıra ittihamlar səsləndirib və bu açıqlama bir sıra saytlarda işıqlandırılıb.

(Yazı burada: “Zeynal Nağdəliyev sənədlərimə baxıb, deyir: “Bu, nə özbaşınalıqdır?”)

Məsələ ilə bağlı Tərtər RH-dən Mediaxeberleri.az-a verilən məlumatda bildirlir ki, Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızına Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ilə Çaylı kəndi ərazisindən dövlət mülkiyyətində olan torpaq sahəsindən heyvandarlığın inkişafı ilə bağlı 215 hektar, kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün 50 hektar olmaqla 265 hektar torpaq icarəyə verilib.

Lakin Nazdı Mehdiyeva onun icarəsinə verilmiş 215 hektar örüş sahəsindən və 50 hektar əkin sahəsindən təyinatı üzrə istifadə etməyib, icarəyə götürdüyü torpaq sahəsini ayrı-ayrı vətəndaşlara icarəyə verərək gəlir mənbəyi kimi istifadə edib, ancaq dövlət rüsumunu ödəməyib.

“İcarəyə verilmiş torpağı təyinatı üzrə istifadə etməyərək, ayrı-ayrı vətəndaşlara icarəyə verdiyini və rayon sakinlərinin örüş-otlaq sahəsinə olan ehtiyaclarını nəzərə alaraq 30 iyun 2016-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 69 saylı sərəncamı ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilib.

Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi haqqında qərarın III bölməsinin 13 maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan yay, qış, otlaq sahələri hüquqi və fiziki şəxslərə qısa müddətə, bir qayda olaraq 10 ildən 15 ilədək verildiyi və 14-cü maddədə davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı ilə xitam verildiyi vətəndaşa izah olunub.

Məlumat üçün bildiririk ki, 2019-cu il tarixində Hacıqərvənd kənd İƏD nümayəndəliyinin 4 nömrəli Təsərrüfatbaşına uçot kitabında 15-ci səhifədə Mehdiyeva Nazdı Qəmbər qızının adına heç bir iri və xırda buynuzlu heyvan yoxdur.

2020-ci ilin Təsərrüfatbaşına uçot kitabında isə Mehdiyeva Nazdı Qəmbər qızının adına 104 baş xırdabuynuzlu heyvan vardır.

Əlavə olaraq bildiririk ki, Çaylı kəndi təmas xəttinə yaxın yerləşir, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsinin rəhbərliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubda düşmənlə təmas xəttinə yaxın ərazilərdə, müdafiə zolaqlarında, mövqelərdə döyüş, komendant xidmətinin təşkili və aparılmasına maneəçilik törədən mülki vətəndaşlara məxsus otlaq, əkin sahələri yerli İcra hakimiyyəti nümayəndəliyi və bələdiyyə tərəfindən müvəqqəti istifadəyə verilmiş yaylaqlar, fermalar, iaşə və məişət obyektlərinin fəaliyyətinin dayandırılması və bağlanılması, eləcə də hərbi hissə şəhərciklərinə və nəzarət buraxılış məntəqələrinə yaxın yerlərdə (giriş və çıxışlarda) taksi kimi fəaliyyət göstərən mülki şəxslərin uzaqlaşdırılması üçün birləşmə və hərbi hissə komandanlıqlarına köməklik göstərilməsi xahiş edilib. Mehdiyeva Nazdı Qəmbər qızının istifadəsində olan torpaq sahəsi də həmin kateqoriyadandır.

Hacıqərvənd kənd sakini Mehdiyeva Nazdı Qəmbər qızı dəfələrlə rayon icra hakimiyyəti başçısı, onun müavinləri, Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş, ona müraciəti ilə bağlı qanunamüvafiq izahat verilib.

Mehdiyeva Nazdı Qəmbər qızının israrlı müraciətini nəzərə alaraq ona Çaylı kəndi ərazisindən heyvandarlğın inkişafı üçün 90 hektar icarəyə torpaq verilməsi üçün sənədlərin hazırlanmasına başlanılıb, lakin onun adına Təsərrüfatbaşına uçot kitabında olan heyvanların sayı ilə ona ayrılacaq torpaq sahəsinin arasında uyğunsuzluq var. Belə ki, Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına uçot kitabında Mehdiyeva Nazdı Qəmbər qızının adına cəmi 104 baş xırdabuynuzlu heyvan olduğu üçün ona heyvandarlığın inkişafı üçün 26 hektar torpaq icarəyə verilə bilər. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı tərəfindən ona ətraflı izahat verilib.

Yazıda rayon icra hakimiyyətinin başçısı haqqında deyilənlər əsassızdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az