t s

» » Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO

2-08-2020, 18:11 Yazar:  Samir Baxılıb: 204 Çap et
Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib:

“Videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videodakı general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik.

Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir”.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
15:17 MTN-dən dövlət sirri haqqında — YENİ QƏRAR Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Dekabrdan qüvvəyə minən qərarı milli təhlükəsizlik naziri vəzifəsini icra edən Mədət Quliyev imzalayıb. Qərara

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az