t s

» » “Onlara əmr verən və bura göndərən tapılmalıdır” - Lukaşenko

“Onlara əmr verən və bura göndərən tapılmalıdır” - Lukaşenko

2-08-2020, 11:47 Yazar:  Samir Baxılıb: 191 Çap et
“Onlara əmr verən və bura göndərən tapılmalıdır” - LukaşenkoMinsk saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskvaya əlavə informasiya verməyə hazırdır.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Biz yalanla siyasət qurmuruq. Media üzərindən bir-birimizə qışqırmaqla problem həll olunmaz. Biz heç nə gizlətmirik, amma bizə həqiqət lazımdır”, - Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, rus muzdlular heç də Moskvanın dediyi kimi, İstanbula uçmaq istəməyiblər:“Onlar müxtəlif məqsədlər üçün Belarusa gəliblər”.

Buna baxmayaraq, Lukaşenko saxlanılanlara qarşı diqqətli olmağı tapşırdığını bildirib:“Onlar əlbəttə günahkardırlar, ancaq bu o demək deyil ki, saxlanılanlara qarşı sərt tədbirlər görülməlidir. Onlar əsgərdir. Əmr ediblər, onlar da gəlib. Onlara əmr verən və bura göndərən tapılmalıdır”.

Qeyd edək ki, Belarus “Vaqner” qrupunun 33 üzvünü saxlayıb. Minskin iddiasına görə, 200-dən çox rusiyalı muzdlu Belarusda çevriliş həyata keçirmək niyyəti ilə ölkəyə gəlib. Digərlərinin yaxalanması istiqamətində tədbirlər davam edir.

Rusiya isə bu ittihamı rədd edib və “Vaqner” qrupu üzvlərinin Belarusdan tranzit ölkə kimi istifadə etdiklərini açıqlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:04 BELARUS-RUSİYA GƏRGİNLİYİ PİK HƏDDƏ... – Lukaşenko Putindən izahat tələb edir Rusiya iyulun 31-də Belarusla sərhəd keçidlərində nəzarəti gücləndirib. Bu həftə Belarusda 33 Rusiya vətəndaşının saxlanması Moskva və Minsk arasında münasibətləri gərginləşdirib. Rəsmi Minsk bu 33 rusiyalının Rusiyadakı “Vaqner” özəl hərbi şirkətinin muzdlu əsgərləri olduqlarını və Belarusa seçki
22:20 “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən
15:26 Ağciyər Xəstəlikləri İnstitutunda özbaşınalıq - İDDİA Bu günlərdə redaksiyamıza Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə bağlı xoşagəlməz məqamları əks etdirən məktub daxil olub. Məktubu olduğu kimi diqqətinizə çatdırırq: "Hörmətli redaksiya! Dəyərli diqqətinizə və Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az