t s

» » Dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil oldu

Dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil oldu

31-07-2020, 10:49 Yazar:  Samir Baxılıb: 72 Çap et
Dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil oldu“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Mili Məclisə daxil olub.

Mediaxeberleri.az bildirir ki, bu barədə Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, bayramdan sonrakı həftə ərzində qanun layihəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsi həyata keçiriləcək.

Eyni zamanda 2020-ci il dövlət büdcəsinə dəyişikliklə bağlı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna da dəyişikliklər ediləcək. Bu qanun layihələrinin komitədə müzakirəsi nəzərdə tutulur.

Dünən Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:12 Azərbaycanda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları dəyişir Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları dəyişir. APA-nın məlumatına görə, bu,” Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. İndiyə qədər bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları”
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
10:59 Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib Yanvar ayının birindən Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. Qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az