t s

» » Putinin həll edə bilmədiyi varis planı

Putinin həll edə bilmədiyi varis planı

31-07-2020, 09:12 Yazar:  Samir Baxılıb: 267 Çap et
Putinin həll edə bilmədiyi varis planı Rusiya Prezidenti Vladimir Putin vəzifə müddəti başa çatandan sonra hakimiyyətinin ömrünü uzatmaqdan ötrü indiyədək hansı addımlar atıb?

“Reuters” agentliyi vaxtilə Kremldə işləmiş mənbəyə istinadla bu məsələni araşdırıb.

İyulun 1-də referenduma çıxarılan konstitusiyaya düzəlişlərdən biri Putinin 2024-cü ildən sonra da, 2036-cı ilədək hakimiyyətə qalmasına yol açdı. Belə ki, ölkədə prezidentlik müddətləri sıfırlandı.

Putin dövlət televiziyasına müsahibəsində deyirdi ki, əgər dəyişiklik qəbul olunmasa, iki ildən sonra hökumətin bir çox hissələrində normal iş ritmi pozulacaq, mümkün varis axtarışı başlanacaq. “Biz işləməliyik, varis axtarmamalıyıq”, – prezident vurğulayıb.

Kremlin keçmiş müşaviri Sergey Puqaçev agentliyə deyib ki, Putin azı 2006-cı ildən varislik məsələsi üzərində baş sındırır. Vaxtilə Kremlin bankiri kimi tanınmış Puqaçev 20 il qabaq Putinin yüksəlişində rol oynayıb. Onun hərbi tərsanələrdən tutmuş, kömür, tikinti sektorlarınadək maraqları olub, parlamentin yuxarı palatasında senator vəzifəsinə də yüksəlib. Bu gün isə keçmiş müttəfiqləri ilə münaqişə yaşayır, Rusiya hakimiyyəti onu həmtəsisçisi olduğu bankı müflisləşdirməkdə suçlayır. Puqaçev iddiaları rədd edir. O, Rusiyadan Britaniyaya köçüb, hazırda isə Fransada yaşayır. London Ali Məhkəməsi 2014-cü ildə Rusiyanın xahişilə onun aktivlərini dondurub.

Puqaçev deyib ki, hakimiyyətin təhvil verilməsi Putin idarəçiliyi üçün “böyük başağrısı”na çevrilib. Putindən ötrü varislik “həmişə ciddi, şəxsi stress idi. O, heç vaxt ölkəyə nəzarəti kiməsə vermək fikrində olmayıb”, deyən Puqaçevin sözlərinə görə, Putin özünü Rusiyanı millətin atası kimi pərdəarxasından idarə edən kimi görüb, ancaq bu planı həyata keçirəcək varisin tapılması həmişə böyük problem olub.

Kremlin sözçüsü Dmitri Peskov Puqaçevin dediklərinə şərh verməyib.

Puqaçevin sözlərinə görə, Putin hakimiyyətini uzatmaq üçün qanunları dəyişməyi ilk dəfə prezidentliyinin ikinci müddətində nəzərdən keçirib.

2007-ci ilin yayında baş nazirin birinci müavini, Rusiya xarici kəşfiyyat xidmətində ən gənc general olan Sergey İvanovun bir il sonra seçkidə prezident seçiləcəyi düşünülürdü. O, Putinin digər müttəfiqi Dmitri Medvedevdən öndə idi. Ancaq Putinin yaxın çevrəsi ehtiyat edir ki, İvanov baş vəzifəyə keçərsə, onları hakimiyyətdən uzaqlaşdırar. Onlar Putinə İvanova qarşı məlumatlar verməyə başladılar, Puqaçev deyir. “Onlar Putinə deyirdilər ki, İvanov çox təhlükəlidir, çox aqressivdir. O, hakimiyyətə keçəcək və sən heç vaxt ondan canını qurtara bilməyəcəksən. Ona qarşı hər cür kompromat yığırdılar. Demək olar, hər kəs ona qarşı idi”, – Puqçev vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az