t s

» » “İsrail Azərbaycanla ölümsaçan biznesi dayandırmalıdır” - Ermənistan təlaş içində sağa-sola vurnuxur

“İsrail Azərbaycanla ölümsaçan biznesi dayandırmalıdır” - Ermənistan təlaş içində sağa-sola vurnuxur

30-07-2020, 08:42 Yazar:  Samir Baxılıb: 254 Çap et
“İsrail Azərbaycanla ölümsaçan biznesi dayandırmalıdır” - Ermənistan təlaş içində sağa-sola vurnuxur
Baxmayaraq ki, son vaxtlar Ermənistan-İsrail münasibətləri yaxşılaşır, xüsusilə də prezident Armen Sərkisyan cari ilin yanvar ayında İsrailə səfər edib, amma İsrail tərəfdən Azərbaycana hücum silahlarının tədarükünün davam etdirilməsi «problemi» həll olunmamış qalır.

Bu barədə iyulun 29-da Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan «The Jerusalem Post» qəzetinə verdiyi müsahibədə bəyan edib.

Yerusəlim nəşri xatırladır ki, Azərbaycan İsrailin yaxın həmkarıdır. Bakı yəhudi dövlətinin istehlak etdiyi neftin 40 faizini tədarük edir, həm də ənənəvi olaraq, İsrail silahının - pilotsuz uçan aparatların, raket komplekslərinin alıcısıdır.

Hələ 2016-cı ildə, iki Cənubi Qafqaz respublikası arasında «Dördgünlük müharibə» (aprelin 2-4 tarixləri) qızışarkən, Azərbaycan tərəf İsraillə 5 milyard dollarlıq silah kontraktının olduğunu xəbər vermişdi.

«Azərbaycanla silah ticarəti ölümsaçandır, çünki Azərbaycan heç vaxt bu silahlardan mülki infrastruktura və dinc əhaliyə qarşı istfadə etməkdən çəkinmir. Biz, bu məsələ ilə ardıcıl məşğul olacağıq, o, hər zaman bizim gündəliyimizin ayrılmaz hissəsi olacaq - həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə. İsrail Azərbaycanla bu ölümsaçan biznesi dayandırmalıdır» - erməni diplomat qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginlik «nə boş yerdə, nə də vakuumda» yer almayıb. Mnasakanyan xatırladıb ki, iyul gərginliyindən az əvvəl Bakının hərbi-siyasi rəhbərliyi müharibə təhdidləri, Ermənistana ərazi və tarixi iddialar səsləndirib, eyni vaxtda ATƏT-in Minsk Qrupundan narazılığını ifadə edib.

Yaxın günlərdə Azərbacanla sərhədin şimalında yaşanmış gərginlik zamanı guya erməni hərbçiləri tərəfindən bir neçə İsrail istehsallı pilotsuz aparatın vurulması barədə sualı cavablandıran erməni diplomat bildirib ki, döyüş fəaliyyəti Azərbaycana qarşı yönəlib və bu zaman silahın haradan alınması məsələsi əhəmiyyət daşımır.

Mnasakanyanın sözlərinə görə, guya, Ermənistan atəşkəs rejiminin davam etdirilməsinə hazırdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
13:48 Ermənistan təcavüzkar dövlətdir - “The Jerusalem Post” Ermənistan və İsrail dostluq münasibətlərini inkişaf etdirəcəklər. Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan və İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi bu barədə razılığa gəliblər. Onlar ikitərəfli münasibətləri, təxirəsalınmaz regional və beynəlxalq problemləri də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az