t s

» » İşçisi Sahil Babayevi ifşa etdi: pensiya üçün rüşvət necə toplanır – VİDEO

İşçisi Sahil Babayevi ifşa etdi: pensiya üçün rüşvət necə toplanır – VİDEO

30-07-2020, 01:10 Yazar:  Samir Baxılıb: 222 Çap et
İşçisi Sahil Babayevi ifşa etdi: pensiya üçün rüşvət necə toplanır – VİDEO
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması, özünəməşğulluq proqramı üzrə vətəndaşlara xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar xalq tərəfindən narazılıqla qarşılanır. Nazir Sahil Babayev “fəaliyyətini” analoq konsepsiyalarla, pafoslu çıxışlarla və piar çalışmaları ilə ört-basdır etməyə çalışır. Lakin, o öz itirilmir reputasiyasını bərpa edə bilmir. Ən çox narazılıq yaradan hallardan biri də, sosial yardımların və təqaüdlərin təyin olunması ilə bağlıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Quba rayon Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən rüşvət və qanunsuzluqlar barədə cumhuriyyet.az-a danışan Babayev Ramin Fikrət oğlu bir müddət əvvəl səbəbsiz yerə işdən çıxarılması və baş verən bəzi qanunsuzluqlar barədə məlumat verib.

Sahil Babayevin sabiq işçisinin iddiasına görə bütün ünvanlı sosial yardım təyinatları “makler”lər vasitəsi ilə təyin edilir. Bununla bağlı cumhuriyyet.az-a danışan R.Babayev bildirir ki, bu işlərin başında isə İmran və Elçin adlı “makler”lər durur: “Onlar adam tapıb gətirir və müəyyən rüşvət qarşılığında sosial yardım təyin edilir. Əgər son 1 il ərzində təyin edilən Ünvanlı Sosial Yardımlarla bağlı manitoring aparılsa hər şey üzə çıxacaq. Hər “makler” 50-100 nəfər arası vətəndaşın sənədlərini toplayaraq idarəyə gətirir və orada bu yardımlar təyin olunur.

Əmək pensiyası yaşı çatıb lakin əmək stajı olmayan vətəndaşlardan 1500-2000 manat civarında pul alaraq onlara saxta əmək hüququ yaratmaqda qrumun qanunsuz əməlləri sırasındadır. Bunu hansı yolla həyata keçirilməsi isə olduqca müəmmalıdır”.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:58 Sahil Babayevin yanıldığı kadrlar... - Bəlkə gənc nazirin özü bacarıqsızdır... Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması, özünəməşğulluq proqramı üzrə vətəndaşlara xəstə heyvanların verilməsi və s.
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az