t s

» » Qazaxda mobil qrup üzvlərinə xəbərdarlıq olunub

Qazaxda mobil qrup üzvlərinə xəbərdarlıq olunub

29-07-2020, 18:40 Yazar:  Samir Baxılıb: 162 Çap et
Qazaxda mobil qrup üzvlərinə xəbərdarlıq olunub
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qazax rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə yaradılmış hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup fəaliyyət göstərir. Tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri rayon ərazisində yas mərasimlərinin təşkil olunmasını, həmin mərasimlərdə vətəndaşların kütləvi şəkildə toplaşmasını daim nəzarətdə saxlayır.

Bu məqsədlə Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər keçirilir.

Bu gün mobil qrup üzvlərinin fəaliyyəti müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mobil qrup üzvlərinə verilən tapşırıqların icrası ilə bağlı iradlarını bildirib və xəbədarlıq edib. İcra başçısı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimindəkütləvi şəkildə toplaşmağın birmənalı şəkildə yolverilməz olduğunu, vətəndaşlara məhz onların sağlamlığı üçün bu cür reydlərin keçirildiyini çatdırmağı bildirib. Dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərə hər bir vətəndaşın dəstək olmasını, görülmüş işlərə öz əməli işləri ilə töhfə verməsini qeyd edib.

Rayon rəhbəri sonda mobil qrupların fəaliyyətini müzakirə edərək bir daha aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:41 Prezidentə yazırlar: Xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə minnətdarıq Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Həmin məktubların daha bir qismini təqdim edirik: Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin
17:01 Prezidentə yazırlar: “Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir” - MƏKTUBLAR Azərbaycan əhalisi Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edir. Həmin müraciətlərdə Prezidentin rəhbərliyi ilə dövlətin ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər təqdir olunur. Müraciətlərin bir qismini təqdim edirik:
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az