t s

» » Baş Həkim: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir VİDEO

Baş Həkim: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir VİDEO

29-07-2020, 22:20 Yazar:  Samir Baxılıb: 211 Çap et
Baş Həkim: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir VİDEO
Bu gün sosial şəbəkələrdə Qazaxda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) şəraitin olmaması ilə bağlı video yayımlanmışdır. Stansiyasının əməkdaşı videoda şəraitin olmamasından, təmirsiz bir binada yerləşdirilmələrindən şikayət edir. Ölkəmizdə yaşanan çətin bir vəziyyətdə, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Qazax səhiyyəsinin adına kölgə salacaq bu cür paylaşımın edilməsi təbii ki, xoşagəlməz haldır.

Məlumat üçün qeyd edək ki, bu il martın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qazax Rayon Mərkəzi Xəstəxanasının 145 çarpayılıq binası istifadəyə verildi. Xəstəxana ən müasir tibbi avadanlıqlarla və inventarlarla təmin edilib. Xəstəxanada bütün şəraiti olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbəsi yaradılıb. Lakin xəstəxana 25 mart 2020-ci il tarixdən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq karantin xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb. Yoluxucu xəstəliklər şöbəsindən başqa bütün şöbələr köhnə yerlərinə köçürülüb. Qazax RMX TTTYS-sı isə uşaq xəstəxanası ərazisində yerləşən əlavə tikiliyə yerləşdirilib.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən TTTYS-nın müvəqqəti yerləşdirildiyi binada cari təmir işlərinə başlanılıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova bu gün sosial şəbəkələrdə yayımlanan video ilə bağlı fikirlərini Mediaxeberleri.az-a bildirib:

Baş həkim qeyd edib ki, "Biz səhiyyə şöbəsinin kollektivi dünyanı bürüyən pandemiyaya qarşı mübarizə ilə ələqadar var gücümüzlə çalışır, əhalinin sağlamlığının keşiyində dayanırıq. Lakin sıralarımızda olan bəzi əməkdaşların bugünkü çətin şəraitdə öz məkirli məqsədlərini bu cür biruzə vermələri həqiqətən də bizi sarsıdır. Mərkəzi Xəstəxananın yeni inzibati binası tikilənə qədər də biz bu cür şəraitdə layiqincə fəaliyyət göstərmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. DövləT bizim üçün hər cür şərait yaradır. Pandemiya dövründə səhiyyə işçilərinin maddi rifahının yüksəldilməsi ilə bağlı çox ciddi qərarlar qəbul etmişdir. Biz inanırıq ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində pandemiya ilə mübarizədən ən az itki ilə çıxacağıq. Bəzi əməkdaşların bu cür hərəkətlərini hamılıqla pisləyirik”.

Baş həkimin TTTYS-sı ilə bağlı açıqlama verdiyi həmin videonu təqdim edirik:



Ələddin Kəsəmənli




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az