t s

» » Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər

29-07-2020, 23:35 Yazar:  Samir Baxılıb: 202 Çap et
Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət ediblər.

Mərkəzin əməkdaşları şəhidin məzarı üzərinə tər qərənfillər düzərək ruhuna dualar oxuyublar.

Sonra şəhid Namiq Əhmədovun ata ocağına gələrək onun ailəsi ilə həmsöhbət olub, Mərkəzin kollektivi adından şəhidin yaxınlarına bir daha dərin hüznlə başsağlığı veriblər.

Mərkəzin əməkdaşları 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun məzarını da ziyarət edib, məzarı üzərinə qərənfillər düzüb, şəhidimizə olan ehtiramlarını bildiriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:18 Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 800 min manat vəsait toplanıb Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla da bir gün ərzində 740 min 411 manat vəsait Koronavirusla
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az