t s

» » İslahatları kim sabotaj edir: “Köhnələr” yoxsa müxalifət?

İslahatları kim sabotaj edir: “Köhnələr” yoxsa müxalifət?

29-07-2020, 22:27 Yazar:  Samir Baxılıb: 278 Çap et
İslahatları kim sabotaj edir: “Köhnələr” yoxsa müxalifət?
2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət kadr və struktur islahatlarının həyata keçiriləyini elan edər-etməz dərhal belə xəbərlər yayılmağa başladı ki, bəzi məmurlar dəyişikliklərin əleyhinədir.

Mediaxeberleri.az
bildirir ki, mediada şərti olaraq “köhnələr” adlandırılan bu məmur korpusunun hakimiyyətdə ciddi təsir imkanlarına malik olduğu, ona görə də, nəzərdə tutulan islahatların baş tutmayacağı iddia edilirdi.

Lakin deyilənlərə baxmayaraq, ölkə başçısı İlham Əliyev kadr və struktur islahatlarının həyata keçirilməsi üçün düyməyə basdı. İctimai rəydə “köhnələr” kimi qəbul edilən və islahatların əleyhinə olduğu iddia edilən məmurların bəziləri istefaya göndərildi, bəziləri isə başqa vəzifəyə keçirilməklə onların iqtidarın yürütdüyü siyasətə təsir imkanları minimuma endirildi. Bununla belə, artıq bəziləri “sabiqlər”ə çevrilmiş,bəziləri isə əvvəlki gücünü itirmiş “köhnələr”in müxtəlif vasitələrlə islahatlar kampaniyasını sabotaj etməsi barədə iddialar nəinki səngidi, əksinə, iqtidar düşərgəsindən də oxşar fikirlər səsləndirilməyə başlanıb.

Hətta bəşəriyyəti təhdid edən koronavirus pandemiyası və Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanması da bu mövzunu arxa plana keçirə bilməyib.

Artıq iş o yerə çatıb ki, adı “köhnələr”in təmsilçisi kimi çəkilən Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ittihamlara cavab verməli olub. Söhbət akademikin bu gün mediada tirajlanan fikirlərindən gedir.
Ramiz Mehdiyev “əqidə mənim üçün qumar daşı deyil” deməklə Prezident İlham Əliyevə sadiq olduğunu bəyan edib.

Akademikin belə bir açıqlama ilə çıxış etməsi ictimaiyyət üçün gözlənilməz olmayıb. Çünki anti-islahat xəttini tutanlar arasında daha çox Ramiz Mehdiyevin adı hallandırılırdı və əgər əvvəllər bu barədə pıçıltı ilə danışılırdısa, indi ucadan bəyan edilir ki, inkişafın qarşısını alan məhz AMEA prezidentidir.

Bu iddiaların daha çox iqtidara yaxın şəxslər tərəfindən dilə gətirilməsi məsələni ciddiyyətindən xəbər verir və Ramiz Mehdiyev bunun fərqinə vardığı üçün publik formada İlham Əliyevə sədaqətini nümayiş etdirmək qərarına gəlib. Onun bu açıqlamasını difiramb hesab edənlər də var. Amma bizim məqsədimiz akademikin sadiqlik bəyanatında səmimi olub-olmadığını aydınlaşdırmaq deyil.

Ramiz Mehdiyev yalnız özü barədə ittihamlara cavab verməsinə baxmayaraq, sanki bütün “sabiq-köhnələr”in demək istədiklərini dilə gətirib.

İndi həssas dövrdür. Cənubi Qafqaz regionu yenidən geopolitik oyunların meydanına çevrilməkdədir. Hər halda siyasi analitiklər son hadisələri belə dəyərləndirir. Onların fikrincə, Ermənistanın “iyul təxribatı” böyük güclər arasındakı geopolitik rəqabətin təzahürüdür.

Belə bir məqamda islahatların sabotaj edilməsi, “köhnələr”lə müxalifət arasında əlaqə axtarışı təbii ki, ittiham olunan tərəfləri narahat etməyə bilməz. İctimai rəy bu mövzuda yalnız Ramiz Mehdiyevə fokuslaşsa da, “köhnələr” adlandırılan qrupa daxil olan digərləri də şübhəli nəzərlər altındadır.

15 iyulda Bakıda keçirilən orduya dəstək aksiyasında baş verən təxribatla bağlı irəli sürülən mülahizələrdə də onlara eyham edənlər var. Hətta bəzi iddialara görə, bu təxribata görə aparılan həbs əməliyyatları “sabiq-köhnələr”dən də yan keçməyə bilər.

Qısası, “sabiq-köhnələr” indi ciddi narahatlıq içindədir. Bu narahatlığın barələrində səsləndirilən iddiaların əsaslı olmasından, yoxsa uzun illərin xidməti müqabilində yersiz olaraq “xain” damğası qazanmaq qorxusundan irəli gəldiyini zaman göstərəcək.(Yenisabah.az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:20 “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az