t s

» » AĞSTAFA RMİ MÜHARİBƏ VETERANLARI VƏ QAZİLƏRLƏ GÖRÜŞ KEÇİRİB

AĞSTAFA RMİ MÜHARİBƏ VETERANLARI VƏ QAZİLƏRLƏ GÖRÜŞ KEÇİRİB

29-07-2020, 14:40 Yazar:  Samir Baxılıb: 257 Çap et
AĞSTAFA RMİ MÜHARİBƏ VETERANLARI VƏ QAZİLƏRLƏ GÖRÜŞ KEÇİRİB
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov aprel döyüşçüsü və Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının fəalları ilə görüş keçirib. Görüşdə erməni vandallarının növbəti dəfə beynəlxalq hüququn prinsiplərini pozaraq iyulun 12-də artilleriyadan istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl atması, Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirləri nəticəsində düşmənin layiqli cavab alaraq geri oturdulması geniş müzakirə olunub. İşğalçı Ermənistanın növbəti təxribatı fonunda Azərbaycan xalqının yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi nümayiş etdirdiyi qeyd olunub. Görüşdə həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi, ermənistanı təkbətək döyüşə çağırmasının düşmənin ona havadarlıq edən dövlətlər olmadan heç vaxt Azərbaycanla döyüşə bilməyəcəyinin göstəricisi və yalnız havadarlarının gücünə arxayınlığının sübutu olduğu qeyd olunub.

Son vaxtlar aparılan Rusiya-Ermənistan hərbi təlimləri və buna cavab olaraq qardaş Türkiyənin Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə hərbi təlimlərə başlaması məsələsinə toxunan idarə rəisi və veteranlar onu bildiriblər ki, hər an bizim ordumuz düşmən üzərində qələbəni təmin etməyə qadir bir ordudur. Görüşdə həmçinin qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki vətəndaşlarını mütəmadi olaraq atəşə tutur və bunun nəticəsidir ki, Tovuz rayonunun sərhəd kəndlərində mülki evlərə zərər dəymiş və bir nəfər mülki şəxs şəhid olmuşdur. Məlumdur ki, ermənilər neçə illərdir öz təxribatlarına haqq qazandırmaq istəyirlər. Lakin artıq bizim diaspor fəallarımızın Avropada ermənilərin təxribatlarına düçar olması və o təxribatların əksər hallarda qarşısının alınması onu deməyə əsas verir ki, Azərbaycan diasporu da ölkə daxilində dövlət başçısının apardığı adekvat siyasətə həmrəylik nümayiş etdirir və bu da təbiidir ki, ermənistan diasporunda qıcıq yaradır. Bu gün əksər ölkələrdə ermənilərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər dünyanın gözü qarşısındadır və bu da mənfur düşmənimizin əsl kimliğinin, xislətinin bariz nümunəsidir.
İdarə rəisi həmçinin, son hadisələr zamanı əhalinin könüllü olaraq döyüşə yazılmaq üçün hərbi komissarlara axın etdiyini, vətənin müdafiəsi zamanı şəhid olan hərbiçilərimizin dəfn mərasimindəki izdihamı, insanlarda mili ruhun yuksək olmasını qeyd edərək bildirib ki, bu ölkəmizdə xalq-ordu birliyinin danılmaz nümunəsidir.

Müzakirələrin yekununda istər gənc mədəniyyət könüllüləri, müharibə veteranı təşkilatlarının üzvləri, qazilərin birgə mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirməsi, onlara mənəvi dəstək olması, ön xətdə döyüşən əsgərlərimizə baş çəkilməsi və s. məsələlər qərara alındı.

http://aghstafa.mctgov.az/az/view/358/1705/AGSTAFA-REGIONAL-MEDENIYYET-IDARESININ-TESKILATCILIGI-ILE-QAZILERLE-GORUS-KECIRILIB




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az