t s

» » Lənkəranda DSK-nın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır

Lənkəranda DSK-nın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır

29-07-2020, 15:35 Yazar:  Samir Baxılıb: 151 Çap et
Lənkəranda DSK-nın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasına məxsus ərazinin həyəti təsərrüfat məqsədləri üçün istifadə edilir.

Bu barədə Mediaxeberleri.az-a Lənkəran sakinləri məlumat veriblər.

Bildirilib ki, DSK-ya məxsus binanın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır.

Həmin DSK-nın sədri Kərim Heydərov isə burada təəccüblü bir şey görmür. K.Heydərov Oxu.Az-a açıqlamasında deyib ki, DSK-nın gözətçisi həmin ərazidə yaşayır.

“Mən özüm gözətçiyə demişəm ki, həyət-bacanı ot basmasın, ora səliqəyə salınsın. Gözətçi boranını, pomidoru əkib Moskvaya satmır. Orada ağac da əkilib, burada qeyri-adi nə var ki?!”, - deyə K.Heydərov əlavə edib.

K.Heydərov daha sonra bildirib:

“Gözətçiyə mən tapşırmışam. Səhər gələndə həyətə girirəm, baxıram görürəm ki, iki dənə xiyar. Mən də yeyirəm. Orada bütün sahə üzrə tərəvəz əkilməyib ki! Altı-yeddi dənə xiyardır, dörd-beş dənə pomidordur, iki-üç dənə də boranı”.

DSK sədri qeyd edib ki, həmin idarənin ərazisində yardımçı təsərrüfatın yaradılması qanunazidd deyil.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:59 Parlament seçkilərinin ilkin nəticələri açıqlandı - TAM SİYAHI Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olub. Bu barədə MSK-nın saytında məlumat yerləşdirilib. Beləliklə, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar
08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az