t s

» » Hacıqabulda korona xəstəsi evi tərk etdi, tutuldu

Hacıqabulda korona xəstəsi evi tərk etdi, tutuldu

29-07-2020, 10:43 Yazar:  Samir Baxılıb: 115 Çap et
Hacıqabulda korona xəstəsi evi tərk etdi, tutulduHacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mediaxeberleri.az-a verilən məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilmiş və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
10:40 Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da,
12:10 Təcili tibbi yardım xidmətinin İFLASI - İTTİHAM "Azərbyacan Respublikasının prezidenti cənab İlham Əliyevin,Prezident Adminstrasiyasının şöbə müdiri Fərəh Əliyevanın,Baş nazir Novruz Məmmədovun,Baş nazirin müavini Əli Əhmədovun,Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanovun diqqətinə!!!" Bu ifadələr olke.info-da yer alan şikayət
21:06 İCRA BAŞÇISININ ÖZBAŞINALIĞINA GÖRƏ ƏHALİ AYAĞA QALXIR - Hacıqabulda nə baş verir? Rayonu kim idarə edir: Əhməd Muxtarov, yoxsa köməkçisi Afiq Kərimovla sürücüsü Elçin? Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumat daxil olub. Saytımıza verilən məlumata görə, rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az