t s

» » Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var

Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var

15-02-2015, 15:20 Baxılıb: 919 Çap et
Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var

Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntuları və özbaşınalıqlarından doğan şikayətlər əks olunmaqdadır. Qeyd olunduğu kimi artıq xeyli müddətdir ki, mətbuat səhifələrində Beyləqanda yer almış məmur özbaşınalıqları, RİH səviyyəsində həyata keçirilən maxinasiyalar, külli-miqdarda mənimsəmələr və digər ciddi qanun pozuntularına dair faktların əks olunduğu materiallar dərc olunur. Bu materiallarda ən çox diqqəti cəlb edən məqam isə, bütün hallarda yaranmış vəziyyətə görə əsas məsuliyyət daşımalı olan şəxslərdən biri kimi məhz Azil Aslanovun adının mütləq qaydada yer almasıdır. Bu xüsusda ilk aldığımız məlumatlardan birində qeyd olunmuşdu ki, Beyləqan rayonunun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına bir müddət əvvəl 150 min manat vəsait köçürülüb. Məqsəd Beyləqanın 9 küçəsində abadlıq və yollarda yenidənqurma işləri aparmaq olub. Amma bu pul sadəcə ortadan yoxa çıxıb. Mənbə xüsusi olaraq qeyd etmişdi ki, həmin layihə ilə bağlı mənimsəmə halından bir neçə ay əvvəl tender keçirilib. Tenderin qalibi isə Azil Aslanova məxsus olduğu bildirilən, lakin heç kimin adını belə bilmədiyi bir şirkət olub. Mənbə bildirir ki, 150 milyonluq layihənin qalibi olan müəsisənin adını Beyləqanda bir neçə adamdan savayı heç kimsə bilmir. Tenderin rəsmiyyət naminə keçirildiyini bildirən mənbənin sözlərinə görə, layihədə nəzərdə tutulan işlərin heç biri görülməyib. Yalnız aradan xeyli vaxt keçdikdən sonra ortadan qeyb olan 150 min manatın hesabı artıq sorulmağa başlanıb. Lakin, özünü itirməyən Azil Aslanov vəziyyətdən “orijinal” çıxış yolu tapıb. Belə ki, o, Beyləqanın kənd məktəblərinin direktorlarını yanına çağıraraq onların hər birindən “abadlaşdırma işləri məqsədilə” 5000 manat pul tələb edib. Öz növbələrində direktorlar isə göstərilən məbləği təbii ki, müəllimlərin əmək haqqlarından tutmalı olublar. Mənbələr vurğulayırlar ki, bu səpgidə tender maxinasiyaları Beyləqanda artıq uzun illərdir ki, həyata keçirilir. Əməliyyatların keçirilməsinə isə adətən Beyləqan İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərov rəhbərlik edir. Təbii ki, tender müsabiqələrinin əsas iştirakçıları və mütləq qalibləri qismində də M.Qələndərovun bibisi oğlu, Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov və digər bir qohum, Beyləqan Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov çıxış edirlər. Azil Aslanovun maliyyə maxinasiyalarına dair yayılan son məlumatlar isə onun apardığı “alkopan oyunları”ilə bağlı oldu. Həmin məlumatlara əsasən Azil Aslanov Beyləqandakı bütün ticarət obyektlərinin məcburi qaydada bu materialla üzlənməsi barədə göstəriş vermişdi. Təbii ki, bütün quraşdırma işləri yalnız Azil Aslanova məxsus şirkət tərəfindən həyata keçirilirdi. Obyekt sahibləri isə bu işlərin hər 1 kvadrat metrinə görə 42 manat ödəməli oldular.Maraqlıdır ki, rayondan verilən bütün məlumatlarda bildirilir ki, Vaqif Abdullayev Beyləqana İcra başçısı təyin olunduqdan sonra keçmiş Kommunal Təssərrüvat İdarəsinin müdiri Beyləqanın sahibinə çevrilib. Yadınızdadırsa, bir müddət əvvəl Beyləqan şəhərində 0,25 hektar əraziyə malik, 200 nəfərlik istirahət guşəsinin böyük məbləğdə pula satılması camaat arasında ciddi narazılığa səbəb olmuşdu. Azil Aslanov isə heç nə olmayıbmış kimi yenə də ötən illərdə olduğu kimi “abadlıq fəaliyyətini” davam etdirməyə hazırlaşır. Daha doğrusu, büdcədən ayrılacaq yerli vəsaitin intizarını çəkir. Büdcədən ayrılmış vəsait hesabına tikinti-abadlaşdırma işləri aparmaq üçün isə artıq “İlkin-İM” şirkətini seçiblər. Baxmayaraq ki, bu şirkətin tender müqaviləsini yetərli şəkildə bütün şərtləri ilə gerçəkləşdirəcək gücdə olmayıb... \\ Bizimdovr.az \\

Məqalədə adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:47 Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
11:42 Hüseynqulu Bağırovun adamları gec qaldı, amma fakt var - VİDEO Gəncəbasardakı mənbələrimizdən Moderator.az-a ilginc məlumat, daha doğrusu foto və videosübutlar daxil olub. Bildirilir ki, Kür çayının Şəmkir rayonundan keçən ərazisində, xüsusən də Şəmkir Su anbarının ətrafında brakonyerlər Kürdəki balıqlara qənim kəsilib. Bildirilir ki, ərazidə qanunsuz balıq
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az