t s

» » Ceyhun Məmmədov: İllər keçsə də erməni millətinin mahiyyəti dəyişməyib, əksinə daha da aqressivləşib"

Ceyhun Məmmədov: İllər keçsə də erməni millətinin mahiyyəti dəyişməyib, əksinə daha da aqressivləşib"

28-07-2020, 13:00 Yazar:  Samir Baxılıb: 272 Çap et
Ceyhun Məmmədov: İllər keçsə də erməni millətinin mahiyyəti dəyişməyib, əksinə daha da aqressivləşib"“Son günlər dünyanın müxtəlif ölkələrində baş verən hadisələr ermənilərin əsl mahiyyətini göstərdi. Bu millət üçün heç bir dəyər anlayışı yoxdur.

Öz məqsədinə nail olmaq üçün hər yola əl atır. Bu yolda terrordan və qətldən belə çəkinmir. Əsas məqsədə çatmaqdır. Azərbaycanlılar sakit və təmkinli formada yürüş keçirdikləri halda ermənilər vəhşilik və barbarlıq nümayiş etdirərək Azərbaycanlılara qarşı aqressiv davrandılar. Bayraqları və şəkilləri tapdaladılar, cırdılar. Buna başqa ad vermək mümkün deyil. İllər keçsə də erməni millətinin mahiyyəti dəyişməyib, əksinə daha da aqressivləşib”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, son aylar həm cəbhədə, həm də dünyada diplomatik müstəvidə uduzan ermənilər Azərbaycandan bu yolla qisas almağa çalışırlar. Ermənilər bu hadisələrdən azərbaycanlılara qarşı istifadə etməyə çalışırdılar. Əvvəldən müəyyən planlar qurmuşdular. Ancaq proses əleyhlərinə yönəldi, biabırçı duruma düşdülər. Əsl mahiyyətləri ifşa olundu. “Baş verən hadisələri ciddi təhlil etməliyik. Ermənilərin həqiqi mahiyyətinin təbliği prosesində hər birimiz daha aktiv olmalıyıq. Baş verənlər, qeydə alınan faktlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Adətən ermənilər hər yerdə azərbaycanlıları vəhşi kimi dünyaya təqdim etməyə çalışırdılar. Deyirdilər, biz azərbaycanlılarla birgə yaşaya bilmərik. Ancaq əksi baş verdi. Dünya açıq-aydın gördü ki, sözün həqiqi mənasında əsl vəhşi ermənilərin özləridir. Bu millət yalnız terroru yaxşı bacarır. Baş verənlər həm də Azərbaycan diasporunun gücününü getdikcə artdığını göstərdi. Açıq mütəşəkkillik və yüksək təşkilatçılıq hiss olunurdu. Bu baxımdan Lobbiçilk istiqamətdə də fəaliyyətimizi daha da gücləndirməliyik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi hücum diplomatiyasına üstünlük verməliyik. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu gün ölkəmizə dünyada böyük inam və etimad var. Azərbaycan bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır”-deyə, millət vəkili qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az