t s

» » Uçur da, üzür də: Ən nəhəng hidrotəyyarə sınaqdan keçirildi - VİDEO

Uçur da, üzür də: Ən nəhəng hidrotəyyarə sınaqdan keçirildi - VİDEO

28-07-2020, 07:47 Yazar:  Samir Baxılıb: 121 Çap et
Uçur da, üzür də: Ən nəhəng hidrotəyyarə sınaqdan keçirildi - VİDEO
Dünyanın ən böyük hidrotəyyarəsi AG600 dəniz üzərində ilk uçuşunu uğurla başa vurub.

"New China" TV kanalı "YouTube"-da müvafiq videonu paylaşıb.

Amfibiya-təyyarənin prototipinin testləri Sarı dənizin sahilində yerləşən Tsindao şəhərində keçirilib. Təyyarə havada yarım saatdan çox qalıb. Daha əvvəl bu uçuş aparatının sınaqları quruda və su üzərində də aparılıb.

2019-cu ilin sentyabr ayında "İzvestiya" nəşri Rusiya Müdafiə Nazirliyi və aviasiya sənayesi mənbələrinə istinadən məlumat yaymışdı ki, ölkənin Hərbi Dəniz Donanması düşmən submarinlərinin aşkarlanması və izlənməsi, həmçinin fırtına zamanı xilasetmə işlərinin aparılması üçün nəzərdə tutulmuş "Albatros" A-42 (A-40) alacaq.

2016-cı ilin mart ayında Qara Dəniz Donanmasının dəniz aviasiyasının rəisi polkovnik Gennadi Zoqonov bildirib ki, 2020-ci ilə qədər Be-12 amfibiya-təyyarələri A-40 "Albatros" hidroplanları ilə əvəzlənəcək.

"FlightGlobal"-ın məlumatına görə, 50-yə qədər sərnişin tutan AG600-ün ekipajı dörd nəfərdən ibarətdir. AG600 xilasetmə və yanğınsöndürmə işləri üçün nəzərdə tutulub. Təyyarə dörd Dongan WJ-6 turbin mühərrikləri ilə təchiz olunub. AG600-in maksimal uçuş kütləsi 53,5 ton təşkil edir.

Turboreaktiv mühərriklərlə təchiz edilmiş Rusiya istehsalı A-40 "Albatros" uçsaydı, dünyanın ən böyük amfibiya-təyyarəsi hesab edilərdi.Publika.az





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
13:25 Ən çox qızılı olan ölkələrin adları açıqlandı: Azərbaycan neçənci yerdədir? – SİYAHI Dünya Qızıl Şurası 2018-ci ildə ən çox qızıl ehtiyatına sahib olan ölkələrin adlarını açıqlayıb. Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, siyahıda 50 dövlət və beynəlxalq maliyyə qurumları və banklar yer alır. Siyahını təqdim edirik: 1. Amerika Birləşmiş Ştatları - 8,133.5 ton 2.
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az