t s

» » Ülvi Tofiq yazır: “DODAQDA GÜLLƏR AÇAN SÖZ...”

Ülvi Tofiq yazır: “DODAQDA GÜLLƏR AÇAN SÖZ...”

27-07-2020, 22:33 Yazar:  Samir Baxılıb: 1123 Çap et
Ülvi Tofiq yazır: “DODAQDA GÜLLƏR AÇAN SÖZ...”
Düşüncələr sözlə qurulur. Sözlər insanların təcrübələrini həyata keçirən məna daşıyıcısıdır. Sözlər insan beynində təəssürat yaradaraq yol göstərir. Ağıl və hərəkətlər isə təəssüratı - bu mənzərəni canlandırır. Gündəlik həyatda istifadə etdiyiniz sözləri dəyişdirərək həyatınızı dəyişə biləcəyinizə inanırsınız? Ancaq belədir. Çünki sözlər düşündüyünüzdən daha güclüdür. Sözlərinizi dəyişdirəndə, dünyanızın dəyişdiyini hiss edirsinizArximed deyirdi ki, “Mənə bir dayaq nöqtəsi ver, qoy dünyanı yerindən tərpədim". İnsanın da gündəlik həyatda işlətdiyi yeni sözlər onun dünyasının başqa cür fırlanmasına xidmət edən nəsnə ola bilər.

Sözlər ağızdan çıxdıqda işıq sürəti ilə hərəkət edən varlıqlardır. Bir kəlmə çəkib sizi başqa aləmlərə aparır. Sözlərin gücünü öyrənmək istəyirsinizsə, həbsxanadakı məhkumların sözlərinə qulaq asın. Onların beyinlərindən keçirdikləri bir söz, bir fikir illərlə orada qalmalarına səbəb olur! Məlumdur ki, qorxulu yalanlar və ən vacib faktlar həmişə sözlə deyilir. Adamı buna təşviq edən və səfərbər edən, eyni zamanda mıx kimi yerinizə yapışdıran sözlərdir. Sizi gizlədir və ya açıq şəkildə ortaya qoyur. Ürəyin ən dərin hissəsində gizlənmiş sözlər var, hansı ki, onlarla yan-yana gələndə hündürlüyü səndən daha çox olacaqdır. Bəzi sözlər isə ən böyük səltənət sahibinin gücünə bərabərdir. Sözlər müharibəni kəsir və ya savaş başladır. Necə deyərlər:

Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Sözünü yaxşı bişirgil,
Yaxşı us ilə düşürgil,
Yaramazını şaşırgil,
Canına оlur dağ bir söz.
Elə bu zəhəri bal edən sözlərdir.


Sözlərin lüğətdəki gücü, yazıda gücü və dillərdəki – danışıqdakı gücü fərqlidir. Buna görə sözləri diqqətlə istifadə etmək lazımdır. Bıçaq qəssabın əlində, qatilin əlində fərqli təsir göstərir. Mətbəxdə ayrıca təsir. İstifadə etdiyiniz sözlərlə ruhunuzu ovunduraraq dinclik verə bilərsiniz və ya onları bir ömür boyu davam edəcək dərin bir yaraya çevirə bilərsiniz. Sözlər həm şəfalı, həm də zərərli ola bilər. Dünyanı xilas edə biləcək sözlər dünyanı qəfil qaranlıqla.dıra bilər. Bəzən yay yağışı kimi hiss olunur, bəzən yay istisi kimi mübarizə aparır. Bunlar düşüncələri dəyişdirən, onları sevən və nifrət edən sözlərdir. Gülüş zamanı sözlər daim arxa plandadır. “Ha-ha-ha!”. Sözlər yaxşı dostdur. Onsuz dərdini yoldaşına necə izah etmək olar?! Yalnızlıqdan necə qurtarmaq olar? Söz də sevgi kimidir, nakam şairimiz Mikayıl Müşviqin şeirindən bir misra çıxarsaq deyərik ki, “Söz vardır ki, dodaqlarda açar güllərini, Söz vardır ki, oxudur qəlbidə bülbüllərini”

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

Sözlərin gücünü bilmədən insanların gücünü başa düşmək olmur. Çünki sözlər ağıldakı hədlərin müəyyənedicisidir. İnsana sərhədlər qoyan, azad edən və yüksəkliklərə qaldıran Sözdür! Riyaziyyat dərsində müəllim lövhədə dərsin mövzusuna uyğun "həll etmək mümkün deyil" deyə iki sual yazır və dərs başa çatır. Arxa sıralarda yatan bir tələbə oyandıqda, hamı sinifdən çıxır. Lövhədə ev tapşırıqları suallarını düşünən tələbə sualları dərhal notebooka yazır. Ertəsi gün o müəlliminə dedi: “Müəllimim, verdiyiniz suallar çox çətin idi; Uzun müddət çalışdım, amma birini həll edə bildim "dedi. '' Müəllim inana bilmir, amma dəftərinə baxanda uşağın həqiqətən sualı həll etdiyini görür. Əyər uşaq “Həll etmək mümkün deyil!” sözünü eşitsəydi fikirlərə qapanıb onu həll etməyəcəkdi.

Sözlərinizi həyatınıza qatmadan əvvəl dayanmalı və düşünməli, bir zərgərin incəliyi kimi həssas olmalı və diqqətli olmalısınız. Çünki sözlər öz dəyərini bilənlər üçün bir incidir. Bu dəyəri eşidən kimi bir anın içində özünü buludların üstündə görə bilərsiniz. Müharibəyə və ya sülhə addım ata bilərsiniz. Buna görə diqqətlə düşünün, seçim sizin ixtiyarınızdadır. Bir sözünüzü həyatınıza talisman edin və düzgün insan olun.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:17 Bakı Kuboku uğrunda onlayn yarış keçirildi 26 iyul 2020-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 26 illiyi ilə bağlı Bakı Kuboku uğrunda onlayn yarış keçirildi. Onlayn yarışda Respublika üzrə 145
17:01 Prezidentə yazırlar: “Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir” - MƏKTUBLAR Azərbaycan əhalisi Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edir. Həmin müraciətlərdə Prezidentin rəhbərliyi ilə dövlətin ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər təqdir olunur. Müraciətlərin bir qismini təqdim edirik:
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
20:17 Gənclər Günü Qazaxda böyük təntənə ilə qeyd olunub 2 Fevral - Gənclər Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Mediaxeberleri.az xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az