t s

» » Bakı Kuboku uğrunda onlayn yarış keçirildi

Bakı Kuboku uğrunda onlayn yarış keçirildi

27-07-2020, 22:17 Yazar:  Samir Baxılıb: 736 Çap et
Bakı Kuboku uğrunda onlayn yarış keçirildi
26 iyul 2020-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 26 illiyi ilə bağlı Bakı Kuboku uğrunda onlayn yarış keçirildi.

Onlayn yarışda Respublika üzrə 145 nəfər idmançı iştirak edib. Onlar Kata üzrə öz bilik və bacarıqlarını nümayiş etdirib. Pandemiya dövründə evdə qalıb, məşqdən qalmayan uğurlu idmançılarımız bu yarışda da yüksək nəticələr qazanıb.

BKA -nın prezidenti Vüsal Abdullazadə, Vitse - prezidenti Elçin Məmməldi və Baş hakim Bəşir Mahmudov həmçinin Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndəsi Gündüz Vəliyev çıxış edərək Azərbayca Respublikasında idman və gənclər siyasətindən, habelə idmana göstərilən diqqət və qayğıdan söz açdılar. Bildirdilər ki, pandemiya dövrünü nəzərə alaraq yarış onlayn keçirilsədə, yaxın zamanlar da şübhəsiz ki, böyük yarışlara imza atacağıq.

Pandemiyanın sınağından çıxmağımıza çox az zaman qalıb. Həmçinin biz inanırıq ki, növbəti yarışımız Qarabağda keçiriləcək.
Vüsal Abdullazadə həmçinin qeyd edib ki, Pandemiya dövründə müxtəlif layihələrlə bizi və idmançılarımızı daim diqqətdə saxlayan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova və digər əməkdaşlara xüsusi təşəkkür edirəm.

Əlavə olaraq qeyd edim ki, bu yarışda Qazax və Ağstafa idmançıları da uğurlu nətiçə qazanıblar. "AVEY" idman kulubunun üzvləri Qurbanlı Məhəmməd, Həsənov Elcan 1-ci yerə. Ağstafa rayonunu təmsil edən idmançlar Həsənova Xalidə 2-ci, İsmayıllı Əli, Alməmmədov Kamil 3-cü yerə layiq görülüblər.

Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin xüsusi diplom, medal və kubokları ilə təltif edildi.

Bakı Karate-do Akademiyasının mətbuat xidməti




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:30 “Prezidentə göndərilən məktublar Əli Həsənov tərəfindən gizlədilirdi” — Rəsmi qəzet sabiq köməkçini "TOPA TUTDU" Azərbaycan Prezidentinin İşlər İdarəsinin təsisçisi olduğu "Respublika" qəzetində ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan bəhs edən tənqidi məqalə dərc edilib. Mediaxeberleri.az xəbər verir ki, "Bumeranq" adlanan məqalədə Əli Həsənov və onun uzun
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az