t s

» » Pivə gecikdi, qan töküldü: Qazaxda kişi ofisiant sevgilisini bıçaqlayanları qana boyadı - TƏFƏRRÜAT

Pivə gecikdi, qan töküldü: Qazaxda kişi ofisiant sevgilisini bıçaqlayanları qana boyadı - TƏFƏRRÜAT

27-07-2020, 11:38 Yazar:  Samir Baxılıb: 239 Çap et
Pivə gecikdi, qan töküldü: Qazaxda kişi ofisiant sevgilisini bıçaqlayanları qana boyadı - TƏFƏRRÜATQazax rayonunda dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisə barədə bəzi detallar məlum olub.

Hüquq-mühafizə orqanlarından Mediaxeberleri.az-a verilən məlumata görə, hadisə müştərinin sifariş verdiyi pivənin gecikməsi səbəbindən baş verib.

Kafedə müşətir olan Elvin Abbasov və digər iki dostu pivə sifariş ediblər.

Onlara qulluq edən ofisiant Türkan Şamayeva sifarişi gec gətirib və E.Abbasovla aralarında mübahisə baş verib. Nəticədə o, T.Şamayevanı bıçaqlayıb.

Hadisəni eşidən Türkanın sevgilisi İsrafil Camalov E.Abbasovu və iki nəfəri bıçaqlayıb.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

İsrafil Camalov saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, ötən gün Qazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.

Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sağrı nahiyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az