t s

» » Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 25 il ötür

Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 25 il ötür

26-07-2020, 22:43 Yazar:  Samir Baxılıb: 274 Çap et
Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 25 il ötür
Bu gün azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı (1984), tanınmış pedaqoq alim, filologiya elmləri namizədi (1954), dosent, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986-1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından olan İsmayıl Şıxlının anım günüdür.

İsmayıl Şıxlı ölkənin ağır günlərində, xalqın ziyalı sözünə ehtiyac duyduğu dönəmlərdə xalqın yanında olmuş, Sovet rejminin Azərbaycan xalqına qarşı törətmiş olduğu faciələri pisləyərək Kommunist Partiyasının sıralarını rəsmən tərk etdiyini elan etmişdir. Ermənilərin sərhəd boyu hücuma keçdikləri dönəmdə Qazax mahalının nüfuzlu insanlarını, ziyalılarını bir araya toplayaraq “Qazax” Xeyriyyə Cəmiyyətini yaradanlardan biri olmuşdur. Onun təşəbbüsü ilə sərhəddə ermənilərə qarşı döyüşən yerli özünümüdafiə dəstələrinə, sərhəd kəndlərdə yaşayan əhaliyə yardımlar edilirdi.
“Qazax” Xeyriyyə Cəmiyyətinin mətbu orqanı olan 1994-cü ildən çap olunan “Dəli Kür” qəzeti də məhz Xalq yazıçısı İsmayıl Şıxlının eyniadlı romanının adı ilə adlandırılmış, qəzetin üz səhifəsində onun şəkli əks olunmuşdur.

İsmayıl Şıxlı Azərbaycan xalqının qəlbində öz parlaq şəxsiyyəti, müdrikliyi, mərdliyi, bütövlüyü, mənliyi ilə sağlığında əbədiyyat qazanmış nəhənglərdən olub.

11 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin qeyd olunması barədə sərəncamının icrası çərçivəsində Atatürk Mərkəzində “Qazax” Xeyriyyə İctimai Birliyi, Qazax rayon İcra Hakimiyyəti və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, alim və ziyalıların iştirakı ilə “İsmayıl Şıxlının – 100” adlı elmi-praktik konfrans keçirilmişdir.


Həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin illik fəaliyyət planına uyğun olaraq hər il Xalq yazıçısı İsmayıl Şıxlının doğum və anım günləri qeyd olunur, məzarı ziyarət olunur. Mövcud pandemiya şəraitində xüsusi karantin qaydalarına müvafiq olaraq İctimai Birliyin üzvləri bu gün onun məzarını ziyarət edə bilmədilər. Buna baxmayaraq, İctimai Birliyin bütün üzvləri böyük şəxsiyyəti hər zaman qəlblərində böyük məhəbbət və dərin sevgi ilə yaşadırlar.

Allah rəhmət etsin!!!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az