t s

» » Rəsul Quliyevdən ŞOK açıqlama: 2.7 min kvadrat kilometr ərazi ermənilərə verilsin

Rəsul Quliyevdən ŞOK açıqlama: 2.7 min kvadrat kilometr ərazi ermənilərə verilsin

26-07-2020, 09:38 Yazar:  Samir Baxılıb: 292 Çap et
Rəsul Quliyevdən ŞOK açıqlama: 2.7 min kvadrat kilometr ərazi ermənilərə verilsinAzərbaycanın eks-spkeri, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyev ermənilərin maraqlarına xidmət edən açıqlama ilə çıxış edib. Mediaxeberleri.az xəbər verir ki, o, Qarabağ münaqişərinin həlli üçün 2.7 min kvadrat kilometr ərazinin ermənilərə verilməsini təklif edib.

R. Quliyev deyir ki, ermənilər bir məsələni anlamağı qarşılarına məqsəd kimi qoymalıdırlar ki, ilk növbədə indi 18,19 hətta 20 əsr olmadığını başa düşməli və qəbul etməlidirlər.

“Ermənistanın indiki torpaqları 19-20-ci əsrlərdə başqalarının torpaqlarını işğal etmək yolu ilə sahib çıxmaq olar prinsipləri əsasında formalaşıb. 19-cu əsrdə Rusiya “mən qolu güclüyəm torpaqları Azərbaycandan alıb ermənilərə verirəm, bu mənim zorumu göstərir və heç kim mənim əleyhimə çıxa bilməz” siyasəti idi.

“Krım da xoşuma gəlir, mənim sərhədimdədir onu da Osmanlı imperiyasından alıram kim mənə nə deyə bilər” siyasətinin qurbanıdır. Ancaq artıq 20-ci əsrdə başqasının torpaqlarını işğal edib özününküləşdirmək artıq mümkün olmadı. Bu yaxınlarda ABŞ hökuməti heç vaxt Pribaltika ölkələrinin sovetlərin tərkibində olduğunu qəbul etmədiyini açıqladı. Sovetlərin Yaponiyadan qopatdığı adaların heç vaxt Rusiyanın olmayacağına Putin tipli imperiya dəliləri inanırlar.

Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayacaq. Bunu anlamamaq qanmazlıqdır. İndi iş elə gətirib biz qonşu ölkələr olmuşuq. Erməni xalqı işğal etdiyiniz Azərbaycan toppaqlarının heç bir qarışıda heç vaxt sizə verilməyəcək. Bunu anlamamaq əbləhlikdir.Ona görədə uzun müddətli güclü Azərbaycanla cılız Ermənistanın bu torpaqlar üstündə vuruşması ancaq və ancaq sizin bir dövlət kimi süqutunuza gətirib çıxardacaq. Ona görə oturub hamının qəbul edəcəyi bir müqavilə üzərində işləmək lazımdır.

Qarabağın 4.6 min kvadrat km sahəsi var. Onun təqribən 2.7 minində ermənilər,1.9-da azərbaycanlılar yaşayıb. istərsiniz, həmin 2.7 min kvadrat kilometri Ermənistanla sərhəddə Azərbaycan sizə versin və siz DQ-ı bütövlüklə tərk edin, istərsiniz öz torpaqlarınızda qalın əvvəlki kimi Azərbaycan hökümətinin qarantı altında və ya buna uyğun alternativ təklif verin müzakirə edək.

Bu müqavilənin müzakirəsində Ermənistan və Azərbaycan iştirak etməlidir, vəssəlam. Müqavilə bağlananda bir çox ölkələr şahid kimi iştirak edə bilər. Bu çox qısa bir formuladır, ciddi sənəd deyildir. Ancaq sizin üçün çox əhəmiyyətli addım ola bilər”.

Rəsul Quliyevin bu açıqlaması azərbaycanlılar tərəfindən hiddətlə qarşılanıb və eks-spiker sərt tənqidlərə məruz qalıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az