t s

» » Dağlar neylədin? – Ülvi Tofiq

Dağlar neylədin? – Ülvi Tofiq

24-07-2020, 23:50 Yazar:  Samir Baxılıb: 1066 Çap et
Dağlar neylədin? – Ülvi Tofiq
Sən nəyi daşıya bilərsən ki, qəlbim? O qədər dərdin yerləşməsinə görə gərək yüz adamın köksünü kiralayaq. Bəlkə nə zamansa azalar deyə dərdi qaldırırıq çiyinlərimizə, belimizi sındırırıq. Dərdimizin sınmasına çox var hələ...

Bax o uzaqdan gördüyün ağ gəlinlik geyinmiş uca dağlardır. Elə bilirsiniz o dağların dərdi yoxdur? Onların da elə dağ boyda, özləri boyda dərdləri var. Əslində göyləri dələn bu dağlara “göydələn” adı verilməli idi. Səma da müqəddəs məfhumdur. Səmada yol açmış buludlar dəmyə ilə məşğul olan adamlar üçün göydəndüşmə olur. Elə sözün əsl mənasında göydəndüşmə.

Kənd adamı möhməm olur. Bu dağların adamı olur elə. Əsl dağ adamı. Alma kimi yanaqları olan, eynən cırhacı kimi uşaqlar da buralarda yaşayır. Beş mil ilə nənələrinin toxuduğu corablar bu uşaqlara çox yaraşır. Onların ayaqlarını elə isti tutur ki, bu balaca dağ adamları şaxta nədir bilmirlər...
Amma şaxtanın nə olduğunu dağçılar gözəl bilir. Dağ adamı ilə dağçılar fərqli olurlar. Onlar ən keçilməz yollarla, hətta yol olmayan yollarla paklanmaq istəyirlər. Dağlara dırmanırlar. Onlar dağları çox sevir, çünki bu dağlar olnara zirvələr bəxş edir. Həm əlverişsiz havalar, həm ayaq əzələlərini gərən uzun yürüşlər, həm də dekadans yaşadan mənzərələr onlar üçün zirvə sevdasından əl çəkməyə bəhanə deyil. Ayağı sürüşsə də, üzü üstə buz qırıntılarının üstünə yıxılsalar da onlar yalnız irəli baxırlar. Geriyə isə ancaq dağçı yoldaşlarına kömək üçün baxırlar.

Naxış-naxış üzü kəsən sərt küləklər qaya kimi bu küləklərə davamlı üzə heç nə edə bilməz. Yolçu yolunda gərək, dağa da dağçı bələddir. Amma bəzən sevdasından işıqına axışdığımız bu zirvələr bizdən ən doğmalarımızı da ala bilir. Dağların xasiyyəti çox ağırdır. Daşıdıqları dərdlər, yüklər qədər ağır. Elə bilirsiniz dağlar özü qəsdən onlara güvənərək yola çıxan kəslərin ömrünün axırına çıxır?! Əsla... Ömür şansını bircə dəfə qazanan insanlar nə qədər yüksək dəyərə - həyata sahib olduqlarını anlamaq üçün gərək dağ olsunlar. Dağlar çox gözəl bilir həyatın bir andaca necə itə biləcəyini. Dağlarda həlak olan insanlar həmişə o dağlarda yaşayırlar. O zirvələr öldürücü olduqları qədər də himayəkardırlar. İtirdiklərimizi sonsuza qədər himayə edirlər, onların ruhları isə yürüş edən digər dağçılara yol göstərər.

Dağların arası ilə axan o küləklərin istiqamətindən səmtlərini müəyyən edənlər bilirlər ki, o külək deyil. O küləklər buraların əbədi sakinləridir. Zirvələri fəth etmiş qəlblərinin içində isə dağlar qədər ağır ağrılar daşıyarlar. Bu səbəb şaxtadan daha çox sızladır onların üzlərini...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az