t s

» » Şəhid mayorun “Kapital Bank”a 12 min borcu var

Şəhid mayorun “Kapital Bank”a 12 min borcu var

24-07-2020, 08:19 Yazar:  Samir Baxılıb: 146 Çap et
Şəhid mayorun “Kapital Bank”a 12 min borcu var
Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə də, sonradan aldadılıb.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə Unikal.org-a Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı məlumat verib. O, bildirib ki, Anar Novruzov şəhid olmazdan öncə onun hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə imzalanıb:

"Şəhid Anar Novruzov bir nəfər hərbçiyə mənzil almaq üçün 11 min 850 manat pul ödəyib. Sonradan mənzil ona verilməmişdi. O, da Sumqayıt Hərbi Prokurorluğuna müraciət etmiş, işdə cinayət tərkibi olmadığı üçün xitam verilmişdi. A.Novruzova bildirilmişdi ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsin. Birinci instansiya məhkəməsi A.Novruzovun prosesdə iştirak etmədiyinə görə, onun əlehinə qərar çıxarmışdı. Sonra yanıma gəlib, qərarı mənə verdi. Biz Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etdik. Hazırlaşıram ki, A.Novruzovun vərəsəsi ilə, lazımi sənədləri hazırlayaq. Məhkəmədə onun hüquqlarını tam müdafiə edəcəm. Ailəsindən mənə verilən məlumata görə, şəhid ödədiyi 11 min 850 manatı "Kapital Bank"dan kredit götürüb".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:47 Cahangir Hacıyev arvadını bu yolla milyoner edib - SİYAHI Azərbaycan Beynəlxalaq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev və onunla birgə təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. C.Hacıyev və onun yaxın adamları mütəşəkkil dəstə yaratmaqla, vəzifə səlahiyyətlərini
19:38 Ramiz Mehdiyev: “Azərbaycan xalqı torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: “Azərbaycan ordusu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev AZƏRTAC-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir:
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az