t s

» » “Kino sənətində silinməz izlər” qoyan fədakar veteran

“Kino sənətində silinməz izlər” qoyan fədakar veteran

23-07-2020, 15:29 Yazar:  Samir Baxılıb: 159 Çap et
“Kino sənətində silinməz izlər” qoyan fədakar veteranAzərbaycan kinosunun fədakar veteranı, Əməkdar mədəniyyət işçisi (2008), fotoqraf-rəssam Pərviz Əsəd oğlu Quliyev barəsində sənədli film çəkilib.

Mediaxeberleri.az xəbər verir ki, P.Quliyevin keçdiyi mənalı həyat və zəngin yaradıcılıq yolundan bəhs edən film “Kino sənətində silinməz izlər” adlanır.

Görkəmli rejissorlar, Xalq artistləri Oqtay Mirqasımov və Ramiz Həsənoğlu, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkar haqqında ürək sözlərini dilə gətiriblər.

Filmdə veteran kino xadimlərinin xatirələri də səslənəcək. Filmin müəllifi Əməkdar jurnalist Salar Aslanov, rejissoru Sənan Sultanovdur.

Qeyd edək ki, fotoqraf-rəssam Pərviz Quliyev 19 yanvar 1942-ci ildə Bakıda anadan olub.

1961-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında laborant, daha sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb. 1967-ci ildən isə foto sexinə rəhbərlik edib.

Dəfələrlə keçmiş SSRİ məkanında keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi tərənnüm edən fotostendlərin tərtibatçısı olub. Ölkəmizin korifey kinorejissorlarının quruluş verdiyi 50-dən artıq bədii, sənədli, elmi-kütləvi filmlərə fotoqraf-rəssam kimi tərtibat verib.

“Kino sənətində silinməz izlər” sənədli filminin premyerası iyulun 25-də saat 21:00-da “Mədəniyyət” kanalında baş tutacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az