Müğənni Afaq Aslanla aparıcı Vüsalə Əlizadə arasında qalmaqal davam edir.
Mediaxeberleri.az xəbər verir ki, teleaparıcı Vüsalə Əlizadənin sözlərinə Afaqdan cavab gecikməyib. O İnstaqram hesabında post paylaşaraq Vüsalənin ünvanına təhqirlər yağdırıb. Daha sonra paylaşımını silən A.Aslan izləyicilərə açıqlama verərək, postu dostunun xahişi ilə sildiyini açıqlayıb:"Dəyərli izləyicilərim, son paylaşımımı səhifəmdən niyə sildiyimi hamınız soruşursunuz. Mən həmişə adamın üstünə uzaqdan hürən küçə itlərindən yox, onların yiyəsindən danışıram. Bəyanat irəli sürdüm ki, üstümə uzaqdan hürən küçə itinin yiyəsi məni yığsın və ona başa salım ki, küçüyünün zəncirini ayağına bağla. Məlum oldu ki, həmin hörmətli şəxs ailəsini və həyat yoldaşını elə sümsük itlərdən qat-qat üstün tutur və artıq yiyəsiz küçə itlərinə yiyəlik etmir! Ailəli bir insanın ailəsində lazımsız problemlərin yaşanmaması üçün həmin postu dəyərli bir dostum və həmyerlimin xahişi ilə sildim. Arxamca hürən küçə itinin xalqına göstərdiyi xidmətin qiyməti də hər kəsə bəlli imiş. Günah belə sümsük itləri mavi ekranlara buraxanda və onlara söz haqqı verənlərdədir".
Xatıladaq ki, qalmaqala səbəb Vüsalə Əlizadənin
"Reklamı ölən silikonlu gözəlçələr, Azərbaycanın adını batırmayın" sözləri olub.Yenisabah.az
Öz şərhini bildir: