t s

» » Ülvi Tofiq: "Pərvaz küçəsi"

Ülvi Tofiq: "Pərvaz küçəsi"

22-07-2020, 08:29 Yazar:  Samir Baxılıb: 1496 Çap et
Ülvi Tofiq: "Pərvaz küçəsi"
Bir axşam taksidən düşüb Parisdə...
Əlimi pəncərədən çölə çıxarıram, pəncərədə nə bir fincan çay, nə Stefan Zveiqin kitabı, nə də anamın işdən evə gələndə aldığı dadlı kökələr var. Pişik də ayaqlarıma dolanıb mırıldanmır. Bu pəncərə bir başqa pəncərədir. Qəm pəncərəsi də deyil. Heç bu pəncərədən aş da gəlmir.


Küləklə “Mersedes”in üz-üzə gəlməsi ilə, havanın ütülü köynəyimin qolunun ağzından köynəyin içinə dolması bir olur. Elə fərahlıq verir ki, insana. Bu arada fərahlığı hiss etmək də gözəl hissdir. İnsan övladı da elə dünyada o gözəl hisslərə, xoşbəxtliyə çatmaq üçün vuruşur. Küləklə vuruşur. Elə anam da küləklə vuruşur. Qışda küləyin kiçik sürprizləri də olur. Qar anamın ağarmış saçlarını daha da ağ edir. Anası olmaq gözəl hissdir eləmi? Bəs axı bu gözəl hissi yaşamaq üçün vuruşmamışıq axı?! Elə doğulan andan etibarən anamıza sahib olmuşuq. Elə o da bizə sahib olub. Övladı olmaq, onu böyütmək, əzizləmək də gözəl hissdir. Xoşbəxtçilikdir...

Daha bir xoşbəxtçiliyi də anlatmaq istəyirəm. Əslində xoşbəxtçilik adamın boğazında düyünlənib qalmalıdır. Onu anlatmaq olmur. O qədər düyünlənir ki, gərək yüz adama deyəsən ki, boğazındakı düyün açılsın. Amma illərdir elə arzun olur ki, düşünmək belə sənə fərahlıq bəxş edir. Dedik axı fərahlığı hiss etmək özü də gözəl hissdir.

İllərdir bir qadının sevgiyə ehtiyacı olması onu həyata dalğalar qayalara çırpılan kimi bağlayır. Sərt dalğalar ona çırpılsa da qayalar dalğalara dözür. Sənin verdiyin sevginin əvəzini hiss etməsə də əzab çəkmir. Əksinə hər gün günəş işıqlarının isitdiyi həmin qayalar kimi gündəlik qarşılaşdığın cüzi mehribanlıqdan xoşbəxt olurdu. Zənnincə o xoşbəxtçilik anlarını yaşamadan ölməyəcəkdi. Uzaqdan izlədiyi şəhərin nizamlı işıqlarına baxıb xəyala dalırdı.

Daha bir xoşbəxtliyi izah edimmi? Xoşbəxtçiliyini yüz adama çatdırmaq üçün qışqırmaq. Yeni çəkilən asfaltın tən ortası ilə azadlığımızın dadını çıxararaq bir insanla üzü şəhərə gedirdik. Zarafatlarımızın həddi-hüdudu yox idi.O qədər qəh-qəhə ilə hırıldayırdıq ki, yolun digər kənarındakılar bizə heyranca baxırdılar. Az qalsın üzümüzə güləcəkdilər. Utanmasalar niyə güldüyümüzü soruşacaq idilər. Biz nəyə gülürük, niyə gülürük? Tanrı cəzamızı verməsin, inanılmaz xoşbəxt oluruq “hırıldayanda”. Gülüşümüzün əskik olmaması üçün nələr vermirik? Alçaq insanların pisliklərini belə unuduruq, hətta pis insanların özlərini belə unuduruq. İnsan nə qədər zalım olsun ki, kiminsə xoşbəxtliyini əlindən alsın, bunu saxlasın?!

Xülasə yolla gedirdik. Öz özümüzə düşünürdük ki, əlimizdəki bağlamanın içindəki klon paltarlarını geyinsək uşaqları sevindirə bilərik. Özümüzü yox ha, uşaqları sevindiririk. Başqa bir insanın övladını, özümüzün yox. Guya biz xoşbəxtmi oluruq kimsə xoşbəxt olanda? Bəlkə də oluruq.

Hava da bizi xoşbəxt edə bilir. Pəncərənin dünyaya tərəf olan hissəsində artıq yağış damlalarının olduğunu gördünsə deməli payız gəlib. Hələ kitab oxuyarkən ayağını adyala bükdünsə deməli lap çay içməyin mövsümü başlayıb. Düzdür, bizim ailəmiz üçün çayın mövsümü yoxdur, amma, çay məhz payız fəslində dadlı olur. Ələxsus,içinə mərzəpurna və mixək qatılıbsa.

Qəndi çaya batır qoy dilinin ütünə, çaydan da qurtumla. Bunun verdiyi o gözəl hissi – həzzi yaşamaq öz əlinizdədir. Yaşamaq da öz əlinizdədir,ölmək də. İnsan nə vaxt ölür? Sevməyəndə ölür.Çayı sevirsənsə yaşayırsan deməkdir. Çayı içirsənsə yaşadığın həyatdan zövq alırsan deməkdir. Çay əlini yandırırsa demək ki, həyatın keçməkeşinə dözürsən. Çayı nəlbəkidə soyudursansa həyatının dadını qaçırırsan. Dəmiri isti-isti döyürlərsə deməli çayı da isti-isti içmək lazımdır. Elə həyatı da vaxtında dərk etmək, qartal kimi uçmağa cəhd göstərmək lazımdır...

Bilmirəm..
Təbəssümü hardan tapdım,
Yaman xoşbəxt olmuşdum.
Gülmüşdüm,
Sevinmişdim,
Cilddən cildə düşmüsdüm.
Yamanca isti olan,
Xoşbəxtlik küçəsində,
Yamanca üşümüşdüm…
Azca külək var idi,
Sonra artdı şiddəti..!
Xoşbəxtliyimi məndən
Məni ondan ayırdı.
Ordacada bir anlıq,
Dilim lal,
Qulaqlarım karıydı…
Heç nə deyə bilmədim…
Dinə bilmədim,
Susdum,
Qışqırmaq istədim.
Qışqırdım,
Və birdən,
Yuxudan ayıldım…
Ehh…


Ülvi Tofiq / 19.10.2018




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:43 Gülnarə İsrafil: İçimdə ölənlər Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi
11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az