t s

» » Ağstafa RMİ-i Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirib

Ağstafa RMİ-i Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirib

21-07-2020, 22:14 Yazar:  Samir Baxılıb: 360 Çap et
Ağstafa RMİ-i Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirib
Ağstafa Regional Mədəniyyət İdarəsi Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirdi. Virtual zəmində keçirilən tədbirdə mətbuat nümayəndələri, idarənin rayonlar üzrə nümayəndələri, mədəniyyət müəssisələrinin rəhbərləri və mədəniyyət işçiləri iştirak etdilər.

100 nəfərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbir iştirakçılarını salamlayaraq ilk öncə mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik etdi. Natiq milli mətbuatın yaranma və inkişaf tarixi haqqında geniş məlumat verərək bildirdi ki, bu gün milli mətbuatın yaranmasından 145 il ötür. Azərbaycan Milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rol oynamış “Əkinçi”qəzetinin 1875- ci iyulun 22- dən işıq üzü görməsi ilə milli mətbuatımızın əsası qoyulmuşdur. Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir. Natiq həmçinin, Ümummilli Lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdığını vurğuladı. İdarə rəisi qeyd etdi ki, hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vüqar Qədirov həmçinin, son günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribatından, bu gün yalnız cəbhədə deyil, eyni zamanda sosial şəbəkələrdə gedən informasiya savaşından danışaraq, istər milli mətbuatın, istər gənc mədəniyyət könüllülərinin əsas missiyalarından birisinin də sosial şəbəkələrdə gedən informasiya mübarizəsində fəal və ayıq olması, birinci növbədə ölkəmizə qarşı istər daxildən, istər xaricdən qarayaxma kompaniyası aparan insanlara qarşı ciddi mübarizə aparmağın zəruriliyini vurğuladı.

Tədbirdə çıxış edən mətbuat nümayəndələri – 7NEWS.AZ xəbər saytının baş redaktoru Səbuhi Abbasov, “Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camal, “Xalq Qəzeti”nin əməkdaşı Əfsanə Bayramqızı, “Kriteri.Az” saytının təsisçisi və baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərov və “Mediaxəbərləri.Az” informasiya portalının direktoru Ələddin Qarayev tədbirə dəvət olunduqları üçün idarə rəhbərliyinə təşəkkür edərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsas işin mətbuat nümayəndələrinin üzərinə düşdüyünü qeyd etdilər.Jurnalistlər həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin hər zaman mətbuata açıq olmasını, mətbuatla sıx əməkdaşlığını təqdir etdiklərini, idarənin keçirdiyi mədəni-kütləvi tədbirlərin təmsil etdikləri medya qurumlarında ictimailəşməsinə dəstək məsələsində hər an hazır olduqlarını bildirdilər.
Tədbirdə həmçinin,Azərbaycan Respublikasının Xalq Artisti Tariyel Qasımov, idarənin rəis müavini Gülgün Kərimov, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı, mətbuat katibi Xəyal Nağıyev çıxış edərək mətbuat nümayəndələrinə xoş təbriklərini çatdıraraq onlara bu şərəfli və çətin yolda uğurlar arzuladılar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:10 Ağstafa RMİ-i 26 İyun Silahlı Qüvvələrin yaranmasının 102 illiyinə həsr olunmuş videokonfrans keçirib Ağstafa Regioonal Mədəniyyət İdarəsi 26 İyun Silahlı Qüvvələrin yaranmasının 102 illiyinə həsr olunmuş videokonfrans keçirdi. Virtual zəmində 100 nəfərin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov ilk öncə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün
20:45 Ağstafa RMİ-si “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş maraqlı onlayn bayram tədbiri keçirdi Ağstafa Regional Mədəniyyət İdarəsi “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş maraqlı onlayn bayram tədbiri keçirdi. Tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov uşaqları bayram münasibətilə təbrik etdi, onların arzularını dinlədi. Bu günün tarixi haqqında məlumat
08:38 Ağstafa Regional Mədəniyyət İdarəsi “Virtual Qarabağ” İKT Mərkəzi ilə birlikdə "Şuşasız 28 il" mövzusunda elmi- virtual konfrans keçirdi Ağstafa Regional Mədəniyyət İdarəsi “Virtual Qarabağ” İKT Mərkəzi ilə birlikdə Şuşa rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına həsr olunmuş "Şuşasız 28 il" mövzusunda elmi- virtual konfrans keçirdi Ağstafa Regional Mədəniyyət İdarəsinin “Virtual Qarabağ” İKT Mərkəzi ilə
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az