t s

» » Səfirlik azərbaycanlıların qanunsuz miqrant kimi qeydə alınmaması üçün hərəkətə keçdi

Səfirlik azərbaycanlıların qanunsuz miqrant kimi qeydə alınmaması üçün hərəkətə keçdi

1-07-2020, 13:26 Yazar:  Samir Baxılıb: 78 Çap et
Səfirlik azərbaycanlıların qanunsuz miqrant kimi qeydə alınmaması üçün hərəkətə keçdiAzərbaycanın Kiyevdəki səfirliyi Ukraynanın müvafiq orqanlarına müraciət ünvanlayıb.

Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə səfirliyin məlumatında bildirilir.

Müraciət Ukraynada yaşayan azərbaycanlıların koronavirus pandemiyası ilə əlaqədar qanunsuz miqrant statusuna düşməmələri və öz fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri ilə bağlıdır.

Müraciətdə qeyd olunur ki, 2020-ci ilin yanvarın 1-dən etibarən müddəti bitmiş bütün növ pasportların 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab olunsun.

“Diqqətinizə çatdırırıq ki, müddəti bitdiyi üçün uzadılmış hesab olunan pasportlar yalnız Ukrayna ərazisində etibarlı hesab olunur.

Korlanmış, vaxtı keçmiş pasportu olan və ya pasportunu itirmiş vətəndaşlarımız Azərbaycan Respublikasına qayıtmaq istəyəndə qayıdış şəhadətnaməsi almaq üçün səfirliyə müraciət etməlidirlər”, - deyə səfirlik bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:38 AzTV-nin “sehirli” kamerası, diasporun harayı və səfirin hikkəsi –Kiyevdən reportaj III HİSSƏ “Xoş gördük, cənab səfir” demişdik ki, Azər müəllim açıldı, nə açıldı... Bir anlıq yerimizdəcə donub qaldıq. Kənardan müdaxilə edib, jurnalisti itələməyə cəhd edən də tapıldı: - Noolub ə, qaqaş? (Qaqaş ey...) - Ay yoldaş, qaqaşın 43 yaşı var... Ümumiyyətlə, siz kimsiz? Açığı
08:30 Səfirliyə açılan "atəş", gizli arayışlar və diplomatın etirazı - Kiyevdən reportaj (II HİSSƏ) FOTO/VİDEO Qovluğundakı sənədləri ehmalca masa üzərinə düzən sabiq səfir, danışdıqca gah həyəcanlanır, gah da dərin fikrə gedib, sükuta qərq olurdu. Ondan söhbətin hansı arayışlardan getdiyini soruşduq. Sənədlərdən bir neçəsini əlinə götürüb, “Bu arayışlardan mənim xəbərim olmayıb. Azər Xudiyev səfirliyə hər
23:01 Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj (Fotolar) 1-ci HİSSƏ İlk dəfə Ukraynaya jurnalistlərdən ibarət böyük bir heyətlə getmişdik. 2014 -cü ilin noyabr ayı idi, “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Dnepr”lə qarşılaşacaqdı. Təxminən 20 nəfər jurnalist buradan qatarla Tiflisə, oradan isə təyyarə ilə Kiyevə üz tutmuşduq. Kiyevə çatıb, təzəcə
17:58 Səfirin "sağ əli" ermənilərlə çiyin-çiyinə - Kiyevdəki mümmalı "diplomat" Bir neçə gün öncə mətbuatda Azərbaycanın Ukrayndakı səfirliyində qeyri-rəsmi olaraq çalışan şəxslərlə bağlı diqqətçəkən yazı yayımlanmışdı. Əsasən Şerbakova Zülfiyyə və səfirlikdə yaşadığı bildirilən Olqa adlı xanımdan söz açılan yazıda Xəyyam Həqiqətoğlu adlı şəxsdən də bəhs olunurdu. Qeyd
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az