t s

» » Ceyhun Məmmədov:Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var

Ceyhun Məmmədov:Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var

1-07-2020, 11:18 Yazar:  Samir Baxılıb: 338 Çap et
Ceyhun Məmmədov:Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq varBu gün Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmiz qlobal enerji layihələrində aktiv iştirak edir. İqtisadiyyatın inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər tədbirlər həyata keçirilir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, beynəlxalq müstəvidə də Azərbaycana fərqli münasibət var: “Dünyada ölkəmizə olan inam və etimad günü-gündən daha da artır. Prezident İlham Əliyev bir sıra mühüm təşəbbüslərlə sıxış edir, beynəlxalq səylərə dəstək verir. Pandemiya dövründə Azərbaycan bir çox beynəlxalq videokonfrans formatında görüşlərin təşəbbüskarı və təşkilatçısı oldu.

Ermənistan barədə bunu demək mümkün deyil. Bu ölkədə vəziyyət acınacaqlıdır. Ölkə iqtisadiyyatı çökür, Ermənistan bir çox enerji layihələrindən tamamilə kənarda qalıb. Bu gün Ermənistan iqtisadiyyatı qonşu xarici dövlətlərdən bilavasitə asılıdır. İqtisadiyyat getdikcə daha da çökür.

İnsan hüquqları sahəsində də bu ölkədə vəziyyət yaxşı deyil. Davamlı olaraq insan hüquqları pozulur. Günü-gündən korrupsiya faktları artır. Ermənistanda siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlər var.

Ermənistan pandemiya sınağından da üzüağ çıxa bilmədi. Azərbaycan hökuməti pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımlar atıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, fond yaratdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir neçə müraciəti oldu. Bu tədbirlər nəticəsində virusun ölkəmizə mənfi təsirləri minimuma endirildi. Ermənistanda isə vəziyyət tamamilə nəzarətdən çıxdı, bu ölkə pandemiya ilə effektiv mübarizə apara bilmədi. Pandemiyanın yayılmasının nəzarətdən çıxması, baş nazirin yoluxma sayına görə Ermənistanın dünyada lider olması barədə etirafı bu fikri bir daha təsdiq edir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:06 Xalqın xidmətçisi, qurucu Lider - Əli Həsənovun yazısı Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az