t s

» » Dörd ay toysuz qalan müğənnilər qan ağlayır, bəs 4 il işsiz qalan adamlar nə etsin?

Dörd ay toysuz qalan müğənnilər qan ağlayır, bəs 4 il işsiz qalan adamlar nə etsin?

1-07-2020, 11:08 Yazar:  Samir Baxılıb: 83 Çap et
Dörd ay toysuz qalan müğənnilər qan ağlayır, bəs 4 il işsiz qalan adamlar nə etsin?Xalq artisti Faiq Ağayev ötən gün qatıldığı bir TV proqramında belə deyib: “Sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm".

Əməkdar artist Mətanət İsgəndərli 3 ay əvvəl saytımıza bu məzmunda müsahibə vermişdi: “Əlimdə-ovcumda beş-on manat vardı. Onu da karantin dövründə imkansız ailələrə xərclədim. Üç ay sonra hardan pul tapıb çörək alacam, özüm də bilmirəm”.

Başqa bir Əməkdar artist – illərin sənətçisi Firuzə İbadova isə “Xəzər” TV-də efirə gedən "5/5" verilişində belə deyib: “Əlimdə nə varsa, satıb birtəhər dolanıram. O da qurtarandan sonra bilmirəm nə edəcəm”.

Hamımızın “pullu kişi” kimi tanıdığımız Əməkdar artist Cavanşir Məmmədov da dolanışqıdan, gün-güzərandan şikayətçidir. Məmmədov qatıldığı şou proqramların birində maddi durumunun yaxşı olmadığını bildirib: “Elə bir obyektim yoxdur ki, ordan ayda min manat qazanc götürüm. Əksər müğənnilər kimi mən də günü-günə calayıram”.

Qonşumuz Güllü nənənin isə satmağa heç nəyi yoxdur. Evində nə vardısa, 27 il əvvəl erməniyə qaldı. Bu dünyada ortaya çıxarmağa bircə qüruru var. Buna görə də onun ac, yoxsa tox yatdığını heç kim bilmir…

Neftçalalı Əliş dayının, biləsuvarlı Sərdar əminin, ağstafalı Gülçöhrə arvadın da satmağa heç nəyi yoxdur. Çünki aztəminatlı təbəqənin nümayəndəsi sayılan bu adamların maaş kartları indi məhbəs həyatı yaşayan sabiq icra başçılarının seyfində olub. Evlərinə beş manat gəlmədiyindən arxaya “qara gün” üçün üç manat ata bilməyiblər.

Beyləqanlı Mürşüd kişinin dolanışığı Faiq Ağayevin dolanışığından yüz dəfə pisdir. Ötən il əkdiyi tərəvəz su olmadığı üçün kolda qurudu. İndi bu zəhmətkeş adamın yanan ciyərinə su çiləyən bir Allah bəndəsi yoxdur.

Goranboylu Əjdərin efirə çıxmaq imkanı olsaydı, Mətanət Ələsgərlidən yüz dəfə təsirli danışardı. Mətanət xanım cəmi 4 aydı toya getmir, amam Əjdər 4 ildi işləmir. Deyir ki, müdirin gözünə yaxşı görünmədiyi üçün qulağından tutub kənara atıb, yerinə də dogma bacısı oğlunu götürüb. Ən pisi isə odur ki, Əjdər bu ölkədə məmur özbaşınalığından əziyyət çəkən ilk adam deyil…

Bu ölkədə Əjdər kimi hüquqları pozulan minlərlə adam var. Onlara çatmalı olan pulları acgöz məmurlar talan etdiyi üçün çətinə düşən kimi Bayram Nurluya möhtac olurlar…

Yazının əvvəlində müğənnilərdən sitat gətirməyimə baxmayın, mənim onlarla heç bir ədavətim yoxdur. Bu sətirləri yazmaqda yeganə məqsədim diqqəti əhalinin yoxsul təbəqəsinin problemlərinə yönəltməkdir. Əgər dörd ay toysuz qalan müğənnilər bu vəziyyətdədirsə, dörd il işsiz qalan insanların durumunu təsəvvür etmək o qədər də çətin deyil. Biz təsəvvür edək, məmurlar dərk ertsinlər. Bəlkə kömək etdilər…




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az