t s

» » Koronaviruslu xəstə: “Mənə heç nə olmaz deyirdim, iliklərimə qədər ağrı hiss edirəm”

Koronaviruslu xəstə: “Mənə heç nə olmaz deyirdim, iliklərimə qədər ağrı hiss edirəm”

30-06-2020, 08:47 Yazar:  Samir Baxılıb: 132 Çap et
Koronaviruslu xəstə: “Mənə heç nə olmaz deyirdim, iliklərimə qədər ağrı hiss edirəm”
“Mənə heç nə olmaz deyirdim, iliklərimə qədər ağrı hiss edirəm”.

AA-nın məlumatına görə, bunu Türkiyənin Ankara şəhərinin sakini F.A. koronavirusa yoluxduqdan sonra başına gələnlər barədə danışarkən deyib. Onun sözlərinə görə, virusa baldızının evində qonaqlıq zamanı yoluxub.

F.A. xəstəliyin ilk günlərində halsızlaşdığını və iliklərinə qədər ağrı hiss etdiyini deyib. Ancaq o, bunu soyuqdəymə ilə əlaqələndirib. Bir neçə gün sonra baldızının və bacanağının koronavirusa yoluxduğunu öyrənəndə xəstəxanaya getmək qərarına gəlib. Testin cavabının müsbət çıxması ilə bərk qorxu keçirib:

“Baldızımın evinə qonaq getmişdik. Sosial məsafə qaydasına riayət etmədik, maska taxmadıq. Heç kim maskasız heç bir yerə getməsin. Bu, zarafat deyil. Başıma gəlməyənə qədər mən də vecimə almırdım. Nə sosial məsafəyə diqqət edərdim, nə başqa bir şeyə. Mənə heç nə olmaz deyirdim, amma oldu. Bu qorxunu yaşadıqdan sonra bütün insanlara demək istəyirəm: Qaydalara riayət edin, maska taxın. Çox təhlükəli dövrdəyik. Mən gec fərqinə vardım. Siz bunun ciddiyyətini anlamaq üçün gecikməyin”.

Testin cavabından dərhal sonra F.A. xanımı ilə birlikdə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, quru öskürək, qızdırma sanki hər saniyə qalxırdı, bu da onların təşvişə düşməsinə səbəb olurdu. Daha böyük problem isə uşaqları ilə bağlı yaranıb.

“Bu xəstəliyin yaxşı cəhəti ən azı, dostunu, qohumunu tanımağındır. Xəstəxanada qaldığım müddətdə uşaqlarımı əmanət edəcək bir yer tapa bilmədim. Heç kimi qınamıram. Hər halda, ölümcül xəstəlikdir. Bizdə testin cavabı müsbət olduğu üçün uşaqlarımızda da ola biləcəyini düşündülər. Buna görə uzaqlaşdılar. Uşaqlarımı böyük bacım götürdü. Bir çoxları çəkinir. Belə hala düşmək istəmirsinizsə, qaydalara riayət edin”, - deyə, o vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:43 Gülnarə İsrafil: İçimdə ölənlər Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az