t s

» » Korona təsiri: əhalinin sayı azala bilərmi? - Sosioloq

Korona təsiri: əhalinin sayı azala bilərmi? - Sosioloq

30-06-2020, 08:38 Yazar:  Samir Baxılıb: 203 Çap et
Korona təsiri: əhalinin sayı azala bilərmi? - Sosioloq
Mediaxeberleri.az axar.az-a istinadən sosioloq Əhməd Qəşəmoğlunun pandemiya səbəbindən ölkəmizdə demoqrafik böhranın yaşanması ehtimalı və il ərzində doğulan körpələrin cins nisbəti haqda müsahibəsini təqdim edir:

- Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, dünyada təbii artım və ölüm dinamikasına da təsir göstərib. Ölkəmiz də demoqrafik böhranla üzləşə bilərikmi?

- Şübhəsiz, koronavirus pandemiyası çox ciddi və ölümcül təsirlərə malik bir virusdur. Bu virusun yayılma tezliyi və ölüm hallarının yüksək olması, yoluxma riskinə görə valideynlərin uşaq istəməməsi ölkələrin demoqrafik vəziyyətinə təsirsiz ötüşmür. Lakin demoqrafik böhran təkcə pandemiya ilə əlaqədar deyil. Məsələn, Rusiyada bu hal uzun illərdir mövcuddur. Yəni ölkədə artım kifayət qədər azdır. Koronavirusa yoluxanlar və ölənləri də nəzərə alsaq, az artımın olduğu ölkənin demoqrafik böhranla üzləşməsi normaldır. Azərbaycanın pandemiya səbəbindən demoqrafik böhranla üzləşəcəyinə inanmıram. Hətta qəribə bir təzad da olsa deyim ki, pandemiya müddətində ölkəmizdə ölüm nisbəti kəskin aşağı düşüb. Çünki ölkədə ən çox ölüm halları avtomobil qəzaları və ya yol hərəkət qaydalarının pozulması zamanı baş verirdi. Hazırda mövcud pandemiya və sərt karantin qaydaları səbəbindən insanlar evlərindən çölə çıxmır və ya nadir hallarda çıxır. Nəqliyyat vasitələrinin sıxlığının azalması, hətta bəzi günlər tam məhdudlaşdırılması ölkədə qəzaların və təbii ki, bu qəzalar zamanı həlak olanların sayında ciddi bir azalma yaşadıb. Yəni ölkəmizi mövcud pandemiyanın bu və ya digər təsirlərindən demoqrafik böhran gözləmir.

- Pandemiyanın doğulan uşaqların cins nisbətinə hər hansı bir təsiri varmı?

- Ölkəmizdə doğulan qız və oğlan uşaqlarının balansının pozulması illərdir davam edən bir tendensiyadır. Cari ilin artım dinamikasında doğulan oğlan uşaqları qız uşaqlarını hər zaman 5 faiz nisbətində qabaqlayıb. Təbii ki, burada valideynlərin öncədən körpənin cinsiyyətini öyrənməsi, birbaşa müdaxilə etməsi, qız uşağı istəməmə kimi mənfi halların təsiri var. Lakin bununla belə bu məsələni bu qədər böyük problem halına gətirmək də lazım deyil. Məsələ ondadır ki, doğulan oğlan uşaqlarının 5 faiz nisbətində qız uşaqlarından çox olması yaxşı haldır. Çünki ölkədə ölən insanların cins nisbətinə baxdıqda, kişilərin daha çox olduğunu görmək olar. Yol hərəkət qəzaları, müharibələr və bioloji olaraq kişilərin ölüm halları qadınlardan hər zaman çox olub. Yəni hazırki artım dinamikası, doğulan körpələrin cins nisbəti hər hansı bir təhlükə kəsb etmir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:20 “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən
11:35 İsti hava həqiqətən Covid-19-u öldürəcəkmi? – BBC radiosunun araşdırması Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır. BBC Future bu barədə bildiklərimizə nəzər salır. Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq,
17:21 KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: bioloji silah, yoxsa təbii mutasiya? - Araşdırma Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim. Virus nədir? Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az