t s

» » İcra başçısı gənclərlə videokonfrans keçirib

İcra başçısı gənclərlə videokonfrans keçirib

29-06-2020, 23:03 Yazar:  Samir Baxılıb: 308 Çap et
İcra başçısı gənclərlə videokonfrans keçirib
Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun fəal gəncləri ilə videokonfrans keçirmişdir. Videokonfransda çıxış edən icra başçısı qeyd etmişdir ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir. Bu kontekstdə ön planda təbii ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu, şəxsiyyəti böyük rol oynayır. Bu, bir daha dövlətimizin başçısının qlobal əməkdaşlığa verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsini sübut edir. Bir sözlə, dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur. COVID-19 pandemiyasının başlandığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Koronavirusun tüğyan etməyə başladığı ilk dövrlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunmuş iki zirvə görüşü təşkil edildi.

Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

Daha sonra gənclərdən YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev, Gənclər İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov çıxış etmişdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:12 "Virusa qarşı mübarizə artıq dünyanın birləşərək qüvvələri səfərbər etməsini tələb edir" - Anar Məmmədov Bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır. Virusa qarşı mübarizə artıq dünyanın birləşərək qüvvələri səfərbər etməsini tələb edir. Hər gün müxtəlif ölkələrdən virusa yoluxanların, vəfat edənlərin sayı haqqında açıqlanan dəhşətli statistikanın şahidi oluruq. Hazırda
00:33 Yeni Azərbaycan Partiyası fəaliyyətində hər zaman gənclərin inkişafına geniş imkanlar yaradır YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov – Seymur müəllim, bu il Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi respublikamızda böyük təntənə ilə qeyd olundu. Gənclərimizin partiyamızın fəaliyyətində hazırki iştirak səviyyəsi ilə bağlı fikirlərinizi bilmək
09:05 Azərbaycan lideri COVID-19-a qarşı qlobal birlik yaratdı – Üç əhəmiyyətli STRATEGİYA Dünyanın mövcud siyasi xəritəsi I və II böyük müharibənin nəticəsidir və bu xəritədə yalnız dəyişikliyi düzgün qiymətləndirən ölkələr sağ qala bilib. COVID-19 pandemiyasının yeni dünyanı şəkilləndirəcəyi perspektivi II Dünya müharibəsindən sonra ilk dəfə doğru strategiya izləməyi heç olmadığı qədər
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az