t s

» » “Abşeron Şərab”ın Rusiyada Azərbaycan əleyhinə fəaliyyəti – Milli brendlər necə hörmətdən salınır?

“Abşeron Şərab”ın Rusiyada Azərbaycan əleyhinə fəaliyyəti – Milli brendlər necə hörmətdən salınır?

29-06-2020, 10:32 Yazar:  Samir Baxılıb: 128 Çap et
“Abşeron Şərab”ın Rusiyada Azərbaycan əleyhinə fəaliyyəti – Milli brendlər necə hörmətdən salınır?Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi, yerli məhsulların xarici bazarlara ayaq açması, milli brendlərimizin öz keyfiyyəti ilə rəqabətdən qalib çıxması yönündə Azərbaycan hökuməti ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə Azərbaycan dövləti sahibkarlara hərtərəfli yardımlar göstərir, onların xarici bazarlarda möhkəmlənməsi üçün gərəkən bütün lazımı addımları atır. Müxtəlif ölkələrdə fəaliyyətinə start verilən Azərbaycan Ticarət Evləri şəbəkəsinin qurulması bu yöndə atılan mühüm addımlardandır.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bu gün qarşıda duran əsas məqsədlərdən biri "Made in Azerbaijan” brendini dünyada tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaqdır.

Etiraf edək ki, ölkə xaricində milli brendlərimizin tanıdılması, daha geniş təqdimatı heç də asan başa gəlməyib. Məkrli düşmənimiz ermənilərin, erməni iqtisadi elitasının daimi təxribatları, milli brendlərimizi öz adlarına çıxması bu yöndə ardıcıl mübarizə aparılmasını diqtə edib. Bu baxımdan Azərbaycan sahibkarları xarici bazarlara həm keyfiyyətli məhsullar təqdim etmək, həm də düşmən təbliğatına qarşı izafi enerji sərf etmək zorunda qalıb və qalır. Amma...

Amma təəssüf hissiylə qeyd olunmalıdır ki, "Made in Azerbaijan” brendinə qarşı təkcə bəlli düşmənlə mübarizə yetərli deyilmiş. Elə ölkəmizdə fəaliyyət göstərən elə şirkətlər var ki, onlar milli brendlərimizi nüfuzdan salmaq və dolayısı ilə ölkəmizin idxal potensialına zərbə vurmaq baxımından daha təhlükəlidirlər. Hörmətli oxucu konkret fakt və ya misal istəyirsə, buyursun!

BU DA FAKT - Rusiya bazarlarında "Abşeron Şərab” ASC milli şərab brendlərimizin düşməninə çevrilib. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, "Abşeron Şərab” ASC "Gəncə Şərab 2" ASC-yə qarşı nə iqtisadi rəqabət etikasına, nə də istehsalçı mədəniyyətinə sığmayan davranış tərzi sərgiləyərək "Made in Azerbajan" brendinə etimadsızlığın yaranmasına səbəb olur.

Belə ki, "Abşeron Şərab" ASC Azərbaycanın ən böyük şərab istehsalçısı olan "Gəncə Şərab 2" ASC-nin sahibi olduğu brend adlarını oğurlayıb və eyni adlı məhsulları Rusiya bazarında satmağa başlayıb. Eyni adlı məhsulları brend sahibindən daha ucuz təqdim edən "Abşeron Şərab" ASC-ni isə nə məhsulun keyfiyyəti, nə də Azərbaycan brendinin nüfuzu düşündürmür. Saxta yolla qazanc əldə edənlər isə unudur ki, burada uduzan bütövlükdə ölkə iqtisadiyyatı və idxal potensialıdır.

Qeyd edək ki, "Gəncə Şərab -2" 650 işçisi və 400 ha üzüm plantasiyası olan "Gəncə Şərab-2" ASC bu sahədə Azərbaycanın həm ən böyük şirkəti, həm də iri vergi ödəyicisidir. Hər bir brendin formalaşması, tanınması üçün artıq iki onillikdir ki, böyük əmək sərf edir. Yarandığı gündən də Rusiyaya 13 adda şərab ixrac edir. Şirkətin "Огни Баку" (Bakı işıqları), "Девичья башня" (Qız qalası), "Семь красавиц" (Yeddi Gözəl), "Букет Азербайджана" (Azərbaycan buketi) və sair brendləri 1997-ci ildən başlayaraq, məhz Rusiyada bir çox müsabiqələrin qalibi olub və mükafatlandırılıb.

"Abşeron Şərab" isə özünə yeni brend yaratmaq əvəzinə "Gəncə Şərab"ın Rusiya bazarında populyarlıq qazanmış brendlərinin saxtasını dövriyyəyə soxmaqla daha asan yolla pul qazanmaq eşqinə düşüb.

Hesab edirik ki, ölkənin beynəlxalq iqtisadi nüfuzununun mövzu olduğu bu məsələ müvafiq orqanların diqqətinə səbəb olacaq və problem müsbət həllini tapacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
17:12 AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyün böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. Cebhe.info təkliflər paketinin ikinci hissəsini təqdim edir. İkinci hissə İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu Azərbaycanda mövcud onlarla innovasiya
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az