t s

» » Erkən qocalmaya səbəb olan qidalar

Erkən qocalmaya səbəb olan qidalar

29-06-2020, 08:21 Yazar:  Samir Baxılıb: 240 Çap et
Erkən qocalmaya səbəb olan qidalar
Rusiyanın qidalanma və biotexnologiyalar üzrə federal tədqiqat mərkəzinin “Sağlamlıq və idman qidalanması” məsləhət-diaqnostika mərkəzinin həkim-dietoloqu Tamara Pruntseva erkən qocalmaya gətirib-çıxaran qidaların adlarını açıqlayıb.

“Arqumentı i faktı” nəşri xəbər verir ki, mütəxəssisin sözlərinə görə, çox emal olunmuş qida məhsullarının tərkibində ən azı beş əlavə olur.

Bunlar rəngləndiricilər, konservantlar, qatılaşdırıcılar, dad əlavələri və digərləridir. Belə qidalara sosislər, şirin qazlı sular, mağazada satılan yarımfabrikat kotletlər, şirniyyat, şirin və quru səhər yeməkləri, həmçinin, südlü desertlər aiddir.

“Adətən, emal olunmuş qida yeyən şəxlərin rasionunda zülal çatışmazlığı yaranır. Hamburgerin içindəki kotletdə, hisə verilmiş kolbasada və ya sosisdə az miqdarda zülal olur, əksinə, yağların və müxtəlif əlavələrin həcmi həddən çoxdur və bunlar məhsullara özünəməxsus dad verir”, - deyə həkim bildirib.

Zülal çatışmazlığı isə, öz növbəsində, əzələ kütləsinin azalmasına səbəb olur və bəzən immun sistemin zəifləməsinə gətirib-çıxara bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
11:12 Azərbaycan əhalisinin damarlarını tıxayıb öldürən transyağlar – Süni yağlara müharibə elan et Transyağlar – hardasa eşitmisiz. Görməmisiz, çünki satışda üzərində transyağ yazısı olan yağ satılmır. Aldığınız qidaların, fast-fudun, bir çox ərzaq və şirniyyatların etiketində bu söz yazılmır. Amma biz hər gün yüksək dozada və miqdarda trans yağ qəbul edirik. Həkimlər bildirir ki, Azərbaycanda
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
14:10 Bayram süfrəsindən sağlam qalxmaq üçün necə yeməliyik? - Yeni ili xəstə qarşılamaq istəməyənlərə MƏSLƏHƏTLƏR Yeni ilə sayılı günlər qalır. Bayram münasibətilə hər bir evdə ləziz təamlarla bəzədilmiş süfrələr açılır, çeşid-çeşid yeməklər, şirniyyatlar hazırlanır. İnsanlar bayram tətili günlərində bir-birlərinə qonaq gedir, bayramlaşırlar. Təbii ki, qonaq getdikləri evlərdə də cürbəcür fərqli yeməklərə
21:52 Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür. Virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az