t s

» » ÜST-dən deksametazonla bağlı daha bir Açıqlama

ÜST-dən deksametazonla bağlı daha bir Açıqlama

28-06-2020, 19:16 Yazar:  Samir Baxılıb: 142 Çap et
ÜST-dən deksametazonla bağlı daha bir AçıqlamaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Covid-19-a yoluxan xəstələrin müalicəsində deksametazondan istifadə ilə bağlı məlumat yayıb.

Mediaxeberleri.az xəbər verir ki, məlumata görə, preparatdan xəstəliyi yüngül keçirənlər istifadə etməməlidir:

“Deksametazon preparatını Covid-19-lu ağır xəstələr üçün istifadə edin. Birləşmiş Krallıqda aparılan son tədqiqatlar nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub.

Deksametazon COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

Bu məqsədlə istifadə üçün hər hansı bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir”.

Xatırladaq ki, ÜST daha əvvəl koronavirus infeksiyasına qarşı mübarizədə Böyük Britaniyada deksametazon preparatı ilə aparılan kliniki tədqiqatları həyat qurtaran elmi sıçrayış kimi dəyərləndirmişdi. Bildirilmişdi ki, deksametazon kortikosteroidi ilə COVID-19-a yoluxmuş xəstələrdə ölüm səviyyəsi aşağı salına bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az