t s

» » Maska taxmayanlar 100 manat CƏRİMƏLƏNƏCƏK

Maska taxmayanlar 100 manat CƏRİMƏLƏNƏCƏK

27-06-2020, 17:47 Yazar:  Samir Baxılıb: 193 Çap et
Maska taxmayanlar 100 manat CƏRİMƏLƏNƏCƏK
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bu, Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Qüvvədə olan qanuna əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Laihəyə əsasən, buna görə cərimələr də iki dəfə artırılır. /Modern.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:32 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının
19:30 Milli Məclisin yaz sessiyası başa çatdı Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 12 məsələ daxil edilib. Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər. Çıxış edən deputatlar ölkə gündəmində
13:44 Maska taxmasanız, bu qədər cərimələnəcəksiniz - Məbləğ bəlli oldu “Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskadan istifadəni tövsiyə edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında də tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə edilib”. Bunu Mediaxeberleri.az-a açıqlamasında
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az