t s

» » Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib

Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib

27-06-2020, 17:38 Yazar:  Səxavət İsmayıl Baxılıb: 294 Çap et
Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib
Bu gün rayon ərazisində Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Ağstafa rayon Gigiyena və epidemologiya mərkəzi birlikdə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütamadi olaraq monitorinqinin aparılması və pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barəsində qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun tədbirlər həyata keçirilmişdir. Koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində aparılan reydlər sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə xüsusi sanitar rejimin tələblərinə uyğun həyata keçirilmişdir.

Reydlərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur. Xəbərdarlıqlara riayət etməyən, verilən tapşırıq və tövsiyələrə əməl etməyən sürücülərin, eləcə də sərnişinlərin hər biri haqqında ciddi tədbirlər görüləcəyini qeyd edilmişdir. Reyd nəticəsində xüsusi karantin rejiminin tələblərini pozanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnmişlər.

Unutmayaq ki, hər birimizin sağlamlığı öz əlimizdədir. Biz özümüzü qorumaqla, həm də ətrafımızdakı insanları da qorumuş oluruq. Vətəndaş olaraq da hər birimizin üzərinə bir vəzifə düşür ki, bu da xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etməkdir.

Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib
Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib
Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib
Ağstafada tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az