t s

» » Elmar Məmmədyarovun estoniyalı həmkarı ilə telefon danışığı baş tutub

Elmar Məmmədyarovun estoniyalı həmkarı ilə telefon danışığı baş tutub

26-06-2020, 22:40 Yazar:  Arif Baxılıb: 177 Çap et
 Elmar Məmmədyarovun estoniyalı həmkarı ilə telefon danışığı baş tutub
26 iyun 2020-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Mediaxeberleri.az-a verilən məlumata görə, nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Nazir Elmar Məmmədyarov Estoniyanın Təhlükəsizlik Şurasının sədrliyindən bəhs edərək, bu xüsusda "Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilmiş yüksək səviyyəli iclası qeyd edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:20 “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
02:06 Xalqın xidmətçisi, qurucu Lider - Əli Həsənovun yazısı Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az