t s

» » İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsində olub

İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsində olub

26-06-2020, 15:38 Yazar:  Samir Baxılıb: 184 Çap et
İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsində olub
Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” ASC tərəfindən lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən küçələrdə, eləcə də çoxmənzilli yaşayış binalarının həyətlərində su və kanalizasiya xətlərinin çəkilişi paralel olaraq aparılır.

Su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan ilk gündən bu sahəni daim nəzarətdə saxlayan rayon rəhbərliyi istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə yerində tanış olur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsində görülən işlərlə maraqlanıb.

İcra başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini bildirib. Bundan əlavə, qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulması, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalması, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını qeyd edib. Görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:35 Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü Ağstafada qeyd olundu Bu gün Ağstafa rayonunda Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü qeyd edildi. Bu münasibətlə ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər keçirilib. Ağstafa Rayon İcra hakimiyyətinin başçısı cənab Seymur Orucov, rayonun hüququ-mühafizə orqanlarının
21:01 Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü qeyd olunub Bu gün ölkəmizdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Respublika Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu sahədə çalışan insanlar
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
22:01 Ağstafa Regional Mədəniyyət İdarəsi Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirib Bu gün Ağstafa Regional Mədəniyyət idarəsi 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Ağstafa Musiqi Mərkəzində bayram tədbiri həyata keçirib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Gənc
19:02 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Futbol üzrə bələdiyyə komandaları arasında Ağstafa rayon çempionatı keçirildi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağstafa rayon Gənclər və İdman İdarəsinin və YAP Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə 5 aprel - 10 May 2019-cu il tarixində rayonun bələdiyyə komandaları arasında futbol üzrə Ağstafa rayon çempionatı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az